Azərbaycan dilinin izahlı lüğəti

  • SLÁLOM

    is. [norveç.] Dağ-xizək idmanında qarlı dağ enişində bayraqlarla göstərilmiş “qapılardan” keçməklə dolanbac yolun qət edilməsi

    Tam oxu »
  • SLAVYANİ́ZM

    is. dilç. 1. Hər hansı bir slavyan dilindən qeyri-slavyan dilinə keçmiş söz və ya ifadə. 2. Qədim slavyan dilindən rus dilinə keçmiş söz və ya ifadə

    Tam oxu »
  • SLAVYÁNLAR

    cəm Avropada yaşayan, dil və mədəniyyətcə bir-birinə yaxın böyük xalqlar qrupu. Slavyanlar üç qola bölünür: şərqi slavyanlar (ruslar, ukraynalılar, be

    Tam oxu »
  • SLAVYANLAŞDIRMA

    “Slavyanlaşdırmaq” dan f.is

    Tam oxu »
  • SLAVYANLAŞDIRMAQ

    f. Dil, adət cəhətdən slavyan etmək; slavyan xarakteri, şəkli vermək

    Tam oxu »
  • SLAVYANLAŞMA

    “Slavyanlaşmaq”dan f.is

    Tam oxu »
  • SLAVYANLAŞMAQ

    f. Dil və adət və s. cəhətdən slavyan olmaq

    Tam oxu »
  • SLAVYANLAŞMIŞ

    f.sif. Dil, adət və s. cəhətdən slavyan olmuş

    Tam oxu »
  • SLAVYANŞÜNAS

    is. Slavyanşünaslıq mütəxəssisi

    Tam oxu »
  • SLAVYANŞÜNASLIQ

    is. Slavyan dillərini, ədəbiyyatını, mədəniyyətini, tarixini, onların adətlərini tədqiq edən elmlərin məcmusu

    Tam oxu »
  • SLAYD

    is. [ing.] Proyeksiya fanarı vasitəsilə göstərilmək üçün şüşə və s. üzərinə salınan şəkil

    Tam oxu »
  • SLƏNQ

    is. [ing.] Jarqon

    Tam oxu »
  • SLOVAKCA

    sif. və zərf Slovak dilində. Slovakca əsər. Slovakca danışmaq

    Tam oxu »
  • SLOVÁKLAR

    cəm Çexoslovakiya Respublikasının tərkibinə daxil olan Slovakiyanın əsas əhalisini təşkil edən qərbi slavyan xalqı

    Tam oxu »
  • SLOVENCƏ

    sif. və zərf Sloven dilində. Slovencə danışmaq

    Tam oxu »
  • SLOVÉNLƏR

    cəm Yuqoslaviyanın tərkibinə daxil olan Sloveniyanın əsas əhalisini təşkil edən cənubi slavyan xalqı

    Tam oxu »
  • SMETA

    is. Nəzərdə tutulan çıxar və gəlirin hesablanması; bir şeyin təxmini hesablanması. Smeta tutmaq. – Tikintinin layihə və smetası dövlət tərəfindən təsd

    Tam oxu »
  • SMETAN

    [rus. сметана] bax xama. Vera smetanı təzəcə soyumuş isti kartofun üstünə töküb qaşıqla əzir və yeyirdi

    Tam oxu »
  • SNÁYPER

    [ing. sniper] Mahir atıcı, sərrast nişançı. Qeyri-ixtiyari olaraq mən [cavanı] sərhəd boyunda keşikdə və ya cəbhədə snayper səngərində təsəvvür etdim

    Tam oxu »
  • SOBA

    is. Mənzili qızdırmaq, üstündə xörək bişirmək üçün damdan hörülmüş və ya metaldan qayrılmış qurğu; peç

    Tam oxu »
  • SÓDA

    1. Texnikada, təbabətdə və məişətdə geniş işlənən bəzi natrium duzları karbohidratlarının adı. 2. Təbabətdə və aşpazlıqda işlədilən ağ toz şəklində na

    Tam oxu »
  • SOFÁ

    [fr. sofa, əsli ər.] Alçaq qoltuğu və söykənəcəyi olan yumşaq divan

    Tam oxu »
  • SOFİ

    is. [ər., əsli yun.] 1. Təsəvvüfə mənsub adam, təsəvvüflə məşğul olan adam (bax təsəvvüf). // Dini ehkamlardan əsla kənara çıxmayan adam; zahid, dinda

    Tam oxu »
  • SOFİLİK

    is. Dindarlıq, zahidlik

    Tam oxu »
  • SOFİ́ST

    [yun. sophistes] 1. Eramızdan əvvəl V-IV əsrlərdə: əsas diqqəti etika, siyasət, idrak nəzəriyyəsi məsələlərinə verən və öz fikirlərini məntiqi dəlillə

    Tam oxu »
  • SOFİ́STİKA

    1. Sofistlərin nəzəriyyəsi (bax sofist 1-ci mənada). 2. kit. Sofizmlərə əsaslanan mühakimələr, dəlillər, sübutlar; adamı yanılda biləcək sözlər; boş v

    Tam oxu »
  • SOFİZM

    [yun. sophisma] Məntiqcə (zahirən) düzgün görünə bilən, həqiqətdə isə düzgün olmayıb qəsdən adamı yanılda bilən hökm, iddia; səfsətə

    Tam oxu »
  • SOFU

    is. [ər.] Hər şeydən iyrənən, şübhələnən, çəkinən; vasvası adam

    Tam oxu »
  • SOĞAN

    is. Bostan bitkisi və bu bitkinin lüləşəkilli yeməli yarpaqları və qat-qat qabıqlardan ibarət kökü. Baş soğan

    Tam oxu »
  • SOĞANAQ

    is. bot. 1. Bəzi bitkilərin gövdələrinin qalınlaşmış, çox vaxt yumrulaşmış hissəsi. Lalə soğanağı. Zanbağın soğanağı

    Tam oxu »
  • SOĞANBOZBAŞI

    is. Ət əvəzinə yağda qızardılmış soğanla bişirilən duru xörək; bozbaş. …Hətta soğan belə yox idi ki, Fatma soğanbozbaşı bişirə

    Tam oxu »
  • SOĞANÇA

    is. Yağda qızardılmış soğan. Soğança hazırlamaq. – [Fərrux:] Mənzər, soğançanı ayrı qızart, özünü də çox elə

    Tam oxu »
  • SOĞANLI

    sif. Soğan qatılmış, tərkibində soğan olan, soğanla bişirilmiş

    Tam oxu »
  • SOĞANLIQ

    is. Soğan əkilmiş yer. Bostanın bir tərəfi soğanlıqdır

    Tam oxu »
  • SOĞDİLƏR

    is. Mərkəzi Asiya və Qazaxıstanda, Savd vilayətində eramızdan əvvəl birinci minilliyin ortalarında məskunlaşmış olan İrandilli xalq

    Tam oxu »
  • SOXMA

    “Soxmaq”dan f.is

    Tam oxu »
  • SOXMAQ

    f. 1. Bir şeyin altına, içərisinə, arasına və ya dalına qoymaq, daxil etmək; dar bir yerin içinə qoymaq

    Tam oxu »
  • SOXULCAN

    is. zool. Yumşaq, uzun və əksərən yuvarlaq (halqalı) bədənli, torpaq içində, nəm yerlərdə yaşayan qurd

    Tam oxu »
  • SOXULCANAOXŞAR

    sif. Görünüşcə soxulcana oxşayan. Soxulcanaoxşar çıxıntı

    Tam oxu »
  • SOXULMA

    “Soxulmaq”dan f.is

    Tam oxu »
  • SOXULMAQ

    f. 1. Özünü soxmaq, dürtmək; təpilmək, girmək. Sonra obaya gəldik. Sürülərin içinə soxulduq. Quzularla, oğlaqlarla oynadıq

    Tam oxu »
  • SOXULUŞMA

    “Soxuluşmaq”dan f.is

    Tam oxu »
  • SOXULUŞMAQ

    f. Soxulmaq (çoxları haqqında)

    Tam oxu »
  • SOXUŞDURMA

    “Soxuşdurmaq”dan f.is

    Tam oxu »
  • SOXUŞDURMAQ

    f. dan. 1. bax soxmaq 1-ci mənada. 2. məc. dan. Aldadaraq, dilə tutaraq, biclik işlədərək, hiss etdirmədən vermək, ötürmək, başından eləmək

    Tam oxu »
  • SOL

    is. 1. Bədənin ürək yerləşən tərəfi, bədənin sağ tərəfinin əksinə olan hissəsi. // sif. Həmin tərəfdə olan, yerləşən

    Tam oxu »
  • SOLAXAY

    sif. və is. Hər işi sol əli ilə görən, sağ əlinə nisbətən sol əli ilə daha yaxşı yazan, işləyən. Solaxay adam

    Tam oxu »
  • SOLAXAYLIQ

    is. Solaxay olma

    Tam oxu »
  • SOLAQAN

    sif. Tez solan

    Tam oxu »
  • SOLAN

    sif. Tez solan

    Tam oxu »