TİKANLI

sif.
1. Tikanı olan (bax tikan 1-ci mənada). Tikanlı bitkilər.
– Alağa – qərənfil, yovşana – reyhan; Tikanlı qanqala – gül desəm olmaz. Aşıq Şəmşir.
Aydın tikanlı kollar arasından çıxıb, sinədolusu rahat nəfəs aldı. H.Seyidbəyli.

2. Üzərində tikanlar olan.
[Şeyda Fəridəyə:] İndi bizim bağla sizin bağ arasında tikanlı məftildən qara bir çəpər var. Ə.Məmmədxanlı.

3. məc. Qəlbə, ürəyə toxunan; acı, ağır, zəhərli, qaba, kobud.
Lakin Rüstəm kişi [Şirzadın] gözlərində bu sözləri oxumadı; orada yalnız tikanlı bir ifadə gördü… M.İbrahimov.

4. Tıxlı. Tikanlı balıq.
TİKANÇI
TİKANLIQ

Digər lüğətlərdə