TACİK

qorxaq, aciz, rəiyyət (Tacik dilində taclar araqçın gəzdirənlər deməkdir).
TACİDƏ
TACİR
OBASTAN VİKİ
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. == Məskunlaşma və sayları == === Əfqanıstanda === 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. === Tacikistanda === 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Tacik dili
Tacik dili (tac. забо́ни тоҷикӣ́ [za’bɔːni tɔːd͡ʒi’ki], eləcə də форси́и тоҷикӣ́ [fɔːr’siji tɔːd͡ʒi’ki] "tacik fars dili") — Orta Asiyada yaşayan taciklərin(farsların) danışıq dili, Tacikistanın rəsmi dövlət dili.
Tacik Sovet Ensiklopediyası
Tacik Sovet Ensiklopediyası (tac. Энциклопедияи советии тоҷик) — Sovet dövründə Tacikistanda tacik dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1978–1988-ci illərdə nəşr edilmişdir.
Ali Məclis (Tacikistan)
Tacikistanın Ali Məclisi «Məclisi Ali» (tac. Маҷлиси Олии Ҷумҳурии Тоҷикистон) — Tacikistan Respublikasının ən yüksək qanunverici və təmsil edən dövlət hakimiyyətinin orqanı olan parlament. == Tərkibi == Tacikistan parlamenti iki palatadan ibarətdir: Aşağı — Nümayəndələr Palatası (tac. Маҷлиси намояндагон). Yuxarı — Milli Şura (tac. Маҷлиси миллӣ). Tacikistan Respublikasının Konstitusiyasına görə Məclisi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilən 63 millət vəkilindən ibarətdir. 22 nümayəndə proporsional əsaslarla, 41 nəfər isə birmandatlı dairələrdə seçilir. Məclis Məclisi daimi və peşəkar əsasda fəaliyyət göstərir. Ən azı 25 yaşı olan bir vətəndaş Tacikistan Respublikasının Məclisi Namoandagon Məclisi Oli -nə deputat seçilə bilər.
Azərbaycan-Tacikistan futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Tacikistan futbol matçları
== Kişilər ==
Azərbaycan–Tacikistan münasibətləri
Azərbaycan–Tacikistan münasibətləri — Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur. Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.
Dağ tacikləri
Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir. == Adı == Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dari dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir. == Məskunlaşması == 2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır.
Ermənistan–Tacikistan münasibətləri
Tacikistan—Ermənistan münasibətləri — Tacikistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. İki tərəfli münasibətlər 12 oktyabr 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet ittifaqının müttəfiq respublikalarından olmuşdur. İki ölkənin heç birinin digəri ərazisində rezident səfirləri yoxdur. Tacikistan Rusiyanın Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Ermənistan Respublikasının Türkmənistandakı səfirliyi həmdə Tacikistanda akreditə olunmuşdur. == Göstəricilər == == Tarix == Respublika başçılarının görüşləri ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan 2002-ci ilin aprelində Tacikistana rəsmi səfər edir. Tacikistan lideri Emoməli Rəhmonun rəsmi səfərləri 2003 və 2005-ci illərdə baş tutur.
Gürcüstan–Tacikistan münasibətləri
Gürcüstan–Tacikistan münasibətləri — Gürcüstan Respublikası və Tacikistan arasındakı mövcud ikitərəfli münasibətlər. İkitərəfli münasibətlər 4 avqust 1994 tarixində qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə Sovet İttifaqının bir hissəsi idi. Bu gün onlar Ümumdünya Ticarət Təşkilatının, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya poçt ittifaqı, UNESCO, Yer Müşahidələri Qrupu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdürlər və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Fərqləndirici xüsusiyyətlər == == Tarix == Yarandıqlarından bəri münasibətlərin postsovet dövlətləri arasındakı münasibətlərə xas olan stereotipə görə qurulduğuna inanılır. İqtisadiyyatdan mədəniyyətə və elmə qədər bir sıra əməkdaşlıq sahələri hər iki tərəf üçün faydalıdır. 2003-cü ilin may ayında Özbəkistanın paytaxtı Daşkənddə Tacikistan lideri Emoməli Rəhmon Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze ilə görüşür. Görüşdə dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirir. Münasibətlərin hüquqi bazası bir neçə sənəddən ibarətdir: 4 avqust 1994-cü il tarixində imzalanmış Diplomatik əlaqələrin qurulması haqqında Protokol və iki idarələrarası razılaşma. Tərəflər ondan çox sənədin layihəsini nəzərdən keçirir.
Novruz bayramı Tacikistanda
Tacikistanda Novruz martın 20-də başlayır, 3-4 gün davam edir – uşaqlar qapı döyüb bayram payı istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür - ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir.
Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları (2021)
Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları — Qırğızıstan-Tacikistan sərhədində Qırğızıstan və Tacikistan qüvvələri arasında 28 aprel 2021-ci ildə su qaynaqları üzərində nəzarət səbəbindən başlayan bir sıra silahlı toquşmalar. Qırğızıstanın Batken vilayətinin Köktaş kəndində başlanan və daha sonra ordularında ortaya qarışması ilə genişlənən münaqişə. 29 aprel tarixində qarşıdurmalar nəticəsində hər iki tərəfdən 6 nəfər ölmüş və 10.000 nəfər bölgədən təxliyə edilmişdir. 29 aprel tarixində atəşkəs elan edilmişdir.
Qırğızıstan-Tacikistan sərhədi
Qırğızıstan–Tacikistan sərhədi — 984 km uzunluğa malikdir və Özbəkistanla üçlü nöqtədən Çinlə üçlü nöqtəyə qədər uzanır. == Təsvir == Sərhəd Tacikistanın şimalında Fərqanə Vadisində başlayır. Sərhəd qərbə doğru uzanır, Çorku şəhəri yaxınlığında kəskin bir tacik qabarıqlığı ilə, Tacik dənizinə çatır. Ancaq Tacikistan ərazisinin incə bir zolağı su anbarı ilə sərhəd arasında uzanır. Sərhəd Türküstan silsiləsi ilə yanaşı, şərqdə Çin ilə sərhəddə olan Alai və Trans-Alai silsilələri boyunca uzanır. == Anklavlar == Sərhəd boyunca Qırğızıstan ərazisinin içərisində yerləşən iki anklav (Vorux və Kayraqaç) var. == Tarix == Rusiya XIX əsrdə əvvəllər müstəqil olan Kokand, Xivə və Buxara əmirliyini özlərinə tabe edərək Orta Asiyanı fəth edir. Oktyabr İnqilabından və SSRİ-nin qurulmasından sonra Orta Asiyanı milli ərazi sərhədləri çərçivəsində etnik respublikalara bölmək qərara alınır. 25 fevral 1924-cü ildə Sov.İKP MK Siyasi Bürosu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Orta Asiyada milli-ərazi sərhədlərini davam etdirəcəklərini elan edir. Bu proses bölgənin əsas millətlərindən hər biri üçün (qazaxlar, türkmənlər və özbəklər) üç alt komitə ilə Orta Asiya KP MK Siyasi Bürosunun Xüsusi Komitəsi tərəfindən nəzarət edilməli idi.
Qırğızıstan–Tacikistan münasibətləri
Qırğızıstan–Tacikistan münasibətləri — Tacikistan Respublikası ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İkitərəfli əlaqələr 14 yanvar 1993-cü ildə quraşdırılmışdır. İki ölkə arasında sərhəd məsələləri ilə bağlı olaraq toqquşmalaar baş verir. == Tarix == 1997-ci ilin martında Düşənbədə Qırğızıstan səfirliyi açılır. Bişkekdə Tacikistan səfirliyi fəaliyyət göstərir. Tacikistan Respublikasının başçısı Emoməli Rəhmon 1993-cü ilin yanvarında, 1998 və 2013-cü ilin mayında Qırğızıstanda olmuşdur. Qırğızıstan Respublikasının ilk prezidenti Əsgər Akayev 1996-cı ilin iyulunda və 2004-cü ilin mayında Tacikistana səfər edir. Qırğızıstanın ikinci prezidenti Qurmanbek Bakıyev 2008-ci ilin may ayında Tacikistanın Sogd vilayətinə səfər edir. Dövlətlər Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi kimi bir çox beynəlxalq və regional təşkilat çərçivəsində əməkdaşlıq edirlər. Qırğızıstan Milli Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-may aylarında iki respublika arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dolları təşkil edib.
Qırğızıstan–Tacikistan sərhədi
Qırğızıstan–Tacikistan sərhədi — 984 km uzunluğa malikdir və Özbəkistanla üçlü nöqtədən Çinlə üçlü nöqtəyə qədər uzanır. == Təsvir == Sərhəd Tacikistanın şimalında Fərqanə Vadisində başlayır. Sərhəd qərbə doğru uzanır, Çorku şəhəri yaxınlığında kəskin bir tacik qabarıqlığı ilə, Tacik dənizinə çatır. Ancaq Tacikistan ərazisinin incə bir zolağı su anbarı ilə sərhəd arasında uzanır. Sərhəd Türküstan silsiləsi ilə yanaşı, şərqdə Çin ilə sərhəddə olan Alai və Trans-Alai silsilələri boyunca uzanır. == Anklavlar == Sərhəd boyunca Qırğızıstan ərazisinin içərisində yerləşən iki anklav (Vorux və Kayraqaç) var. == Tarix == Rusiya XIX əsrdə əvvəllər müstəqil olan Kokand, Xivə və Buxara əmirliyini özlərinə tabe edərək Orta Asiyanı fəth edir. Oktyabr İnqilabından və SSRİ-nin qurulmasından sonra Orta Asiyanı milli ərazi sərhədləri çərçivəsində etnik respublikalara bölmək qərara alınır. 25 fevral 1924-cü ildə Sov.İKP MK Siyasi Bürosu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Orta Asiyada milli-ərazi sərhədlərini davam etdirəcəklərini elan edir. Bu proses bölgənin əsas millətlərindən hər biri üçün (qazaxlar, türkmənlər və özbəklər) üç alt komitə ilə Orta Asiya KP MK Siyasi Bürosunun Xüsusi Komitəsi tərəfindən nəzarət edilməli idi.
Sincan tacikləri
Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir. == Adı == Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dari dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir. == Məskunlaşması == 2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır.
Çin tacikləri

Çin–Tacikistan münasibətləri
Çin-Tacikistan münasibətləri — Çin və Tacikistan arasında ikitərəfli diplomatik əlaqələr. İki ölkə arasımnda sərhədin uzunluğu 414 km təşkil edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə Tacikistanın müstəqillik əldə etməsindən sonra yaranmışdır. 2014-cü ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 777 mln dollar və ya Tacikistanın ÜDM 14,6%-i olmuşdur. Mərkəzi Asiya dövləti olan Tacikistanın ixracatı isə cəmi 39 milyon dollar olmuşdur. Bu isə olduqca kiçik bir rəqəmdir. == Tarixi == SSRİ dağıldıqdan sonra Çin sərhədlər haqqında yeni anlaşmanın imzalanması və demarkasiya xəttlərinə yenidən baxılmasının vacid olduğunu bəyan etmişdir. 13 avqust 1999-cu ildə iki ölkə arasında «Tacikistan-Çin dövlət sərdəddi haqqında» yeni müqavilə imzalanır. Müqaviləyə görə Tacikistan Karzak aşırımı rayonundakı mübahisəli əraziləri öz torpağı olaraq təsdiqlənir, amcaq bunun əvəzinə Markansu bölgəsindəlki 200 km² ərzini Çinə verməli olur. Digər ərazi mübahisəsi isə sahənin iki ölkə arasında tən bölünməsi yolu ilə həll edilir.
Özbəkistan–Tacikistan münasibətləri
Özbəkistan–Tacikistan münasibətləri — Tacikistan və Özbəkistan arasındakı ikitərəfli diplomatik münasibətlər. Diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 1312 km-dir. == Müqayisəli xüsusiyyətlər == == Tarix == Sovet İttifaqının dağılmasından sonra hər iki dövlət müstəqillik qazanır. İkitərəfli münasibətlərin hüquqi bazası 111 idarələrarası və dövlətlərarası müqavilələrdən ibarətdir. Münasibətlərin istiqamətini müəyyənləşdirən əsas sənədlərdən biri də 4 yanvar 1993-cü ildə imzalanmış Dostluq, Yaxşı Qonşuluq və Əməkdaşlıq Müqaviləsi və 15 iyun 2000-ci il tarixli Əbədi Dostluq Müqaviləsidir. 1998-ci ildə Özbəkistanın nümayəndəlik səviyyəsində diplomatik nümayəndəliyi Tacikistanın paytaxtında fəaliyyətə başlayır Ancaq 1995-ci ildən bəri Tacikistan və Özbəkistan arasındakı münasibətlər böyüyən və açıq qarşılıqlı yadlaşma dövrünə q ədəm qoyur. Özbəkistan səlahiyyətliləri Tacikistanın tədarük olunan neft, neft məhsulları və qaz üçün ədalətli bir qiymət ödəməli olduğunu bildirir. 2009-cu ilin noyabrından 2010-cu ilin fevralına qədər Özbəkistan dəmiryolu işçiləri Tacikistana gedən 400, fevralın əvvəlindən iyuna qədər isə təxminən 2000 vaqona yaxın yükü saxlayırlar. 2011-ci ilin noyabrında Qələbə-Amuzanq xəttindəki partlayışdan sonra bu hissədə bütün Cənubi Tacikistanın nəqliyyat blokadası başlayır.
İran–Tacikistan münasibətləri
İran—Tacikistan münasibətləri — İran və Tacikistan arasında iki tərəfli diplomatik münasibətlər. İran Tacikistan müstəqillik qazandıqdan sonra Düşənbədə diplomatik nümayəndəlik açan ilk ölkə oldur (8 yanvar 1992). Tacikistanın Tehrandakı səfirliyi 1995-ci ilin iyul ayında açılır. 2014-cü ildə iki ölkə arasındakı qarşılıqlı ticarət 228,3 milyon dollar təşkil etmişdir. == Tarix == İran və Tacikistan arasındakı təmaslar uzun bir tarixə sahibdir: keçmişdə hər iki ölkənin əraziləri tez-tez eyni dövlətin tərkibində olmuşdur (Əhəmənilər, Selevkilər imperiyası, Abbasi xilafəti və başqaları). Böyük İpək Yolu İran və Tacikistan ərazilərindən keçirdi. Ancaq müasir diplomatik münasibətlərin tarixi 1992-ci ildə Tacikistan müstəqillik qazandıqdan sonra başlayır. İranın onunla ortaq bir sərhədi olmayan bir Orta Asiya ölkəsinə marağı, böyük ölçüdə farsların və taciklərin dil yaxınlığından qaynaqlanır. Bununla birlikdə millətlərin ortaqlıqları olduğu çox şeyə baxmayaraq, çox böyük fərqlər də vardır. Tacikistan kommunist hökuməti dövründə dünyəvi, İran isə islam ölkəsi olmuşdur.
İran—Tacikistan münasibətləri

İsrail–Tacikistan münasibətləri
İsrail–Tacikistan münasibətləri — Tacikistan və İsrail arasında beynəlxalq ikitərəfli tarixi, diplomatik, ticari, hərbi, mədəni və digər münasibətlər. Hal-hazırda 1992-ci ilin aprel ayından etibarən ölkələr arasında tam diplomatik əlaqələr qurulub. İsrail Tacikistanda Özbəkistandakı səfirliyində işləyən qeyri-rezident səfir vastəsi ilə təmsil olunur. İsrailin Tacikistandakı səfiri Karmela Şamirdir (2014-cü ildən). == Tarixi == 1989-cu ildə Tacikistan Sovet Sosialist Respublikasında 15000 yəhudi yaşadığı halda bu gün ölkədə demək olar ki, heç bir yəhudi qalmamışdır. Bütün yəhudilər (əsasən Buxara) ABŞ-a və İsrailə köç etmişlər. 2006-cı ildə Tacikistan hökuməti tərəfindən ölkədə qalan yeganə sinaqoq və yəhudi məktəbi dağıdılmışdır. İki ölkə arasındakı münasibətlər 1992-ci ildə, Tacikistan müstəqillik qazandıqdan sonra başlamışdır. Lakin fələstinlilər və iranlıları dəstəkləyən əhali buna etiraz etmişdir. Tacikistan İran ilə sıx iqtisadi, sosial və mədəni əlaqələrdə olan bir müsəlman ölkəsidir.
Əfqanıstan–Tacikistan münasibətləri
Əfqanıstan-Tacikistan münasibətləri — Əfqanıstan və Tacikistan arasında ikitərəfli diplomatik əlaqələr. İki ölkə arasımnda sərhədin uzunluğu 1357 km təşkil edir. İki ölkə arasında diplomarik münasibərtlər 1992-ci ildə Tacikistanın müstəqillik əldə etməsinmdən sonra yaranmışdır. 2014-cü il məlumatına görə iki ölkə arasında ticarət dövriyyəsi 105,7 mln dollar olmuşdur. == Müqayisə == == Tarixi == Hər iki ölkənin ərazisi Samanilər, Qəznəvilər və Teymurilər imperiyalarının ərazisi olmuşdur. 1750-ci ildə əfqan Əhməd xan Abdali və Buxara əmiri Məhəmməd Murad Bəy arasında dostluq haqqında müqavilə imzalanır. Amudərya iki ölkə arasında rəsmi sərhəd olur. Hər iki ölkədə fars dili yayılmışdı. Hazırda Əfqanıstanda taciklərin sayı Tacikistandakından çoxdur. 15 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
Mahmud Xudaverdiyev (Tacikistan)
Mahmud Xudaverdiyev (tacik :Махмуд Худойбердиев; 18 oktyabr 1964 – ehtimal ki, 2001) — Tacikistanda üsyançıların lideri. O, əvvəlcə Tacikistan prezidenti Emoməli Rəhmonun müttəfiqi olsa da, sonralar müxalifətçi olmuşdur. Xudaverdiyev Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Sovet Ordusunun keçmiş mayorudur. O, həmçinin Tacikistan ordusunun birinci briqadasının komandiri vəzifəsində çalışmışdır. == Həyatı == 1964-cü il oktyabrın 18-də Qorqontəpə şəhərində inşaatçı ailəsində anadan olmuşdur. O, yarı özbək və yarı tacikdir. 1985-ci ildə Almatı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirdikdən sonra Əfqanıstanda Sovet qoşunlarının məhdud kontingentinin tərkibində 70-ci Əlahiddə Mühafizə Motorlu Atıcı Batalyonunun 1-ci motoatıcı batalyonunun kəşfiyyat taqım komandiri kimi xidmət etmişdir. O, bu əsnada yaralanmışdır. 1990-cı ildə Tacikistana getmişdir. Xudaverdiyev Sovet İttifaqının yenidən qurulmasını dəstəklədiyini bildirmişdir.
Tacikistan Milli Arxeologiya Muzeyi
Tacikistan Milli Arxeologiya Muzeyi (tac. Осорхонаи миллии бостоншиносии Тоҷикистон) — Tacikistanın paytaxtı Düşənbədə yerləşir. Muzey xüsusilə Pəncəkənd freskaları ilə məşhurdur. == Muzeyin yaranma tarixi == Tacikistan Milli Arxeologiya Muzeyi 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Tacikistan bazasının Xalq Təsərrüfatı Nailiyyətləri və Ekspedisiya Tədqiqatları Sərgisi əsasında yaradılmışdır. Həmin dövrdə muzeydə cəmi 530 eksponat var idi. Zamanla muzeyin kolleksiyası arxeoloji və etnoqrafik tapıntılarla, o cümlədən keramika, metal, silahlar, zərgərlik, numizmatika, əlyazmalar, heykəltəraşlıq, məişət əşyaları, tikmələr, Tacikistan xalqlarının təsviri incəsənəti və mədəniyyəti abidələri ilə doldu. Muzeydə region tarixinin müxtəlif dövrlərinə aid tək və təsadüfi tapıntıların toplandığı numizmatika şöbəsi yaradılmışdır. Əvvəlcə muzeyin bütün kolleksiyası Tacikistan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunun dar otaqlarında və zirzəmilərində (anbarlarında) yerləşirdi. Tacikistan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif qeyri-hökumət təşkilatları və xarici ölkələrin səfirlikləri muzeyin təchiz olunması üçün qrantlar ayırmağa başlayıblar. 4 aprel 1996-cı ildə muzey 2001-ci ildə açılmış Tacikistan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Tacikistanın Milli Qədim Əsərlər Muzeyi adlandırıldı.
Tacikistan Milli Muzeyi

Tacikistan Xalq Cəbhəsi
Tacikistan Xalq Cəbhəsi (tac. Фронти халқии Тоҷикистон; rus. Народный фронт Таджикистана) —Tacikistanda vətəndaş müharibəsi zamanı hökumət tərəfində vuruşan könüllülərdən ibarət siyasiləşdirilmiş və hərbiləşdirilmiş hərəkat. Cəbhənin tərkibində 8,000-ə qədər döyüşçü xidmət edirdi. == Tarixi == 1992-ci ilin iyununda meydana çıxmış və bu müddət ərzində Birləşmiş Tacikistan Müxalifətinə qarşı döyüşməyə başlamışdır. Hərəkatın təsisçiləri Sanqak Səfərov və Səfərəli Kencayevdir. Tezliklə Tacikistan hakimiyyəti daxilində populyarlıq qazanmış, 1992-ci ilin payızına qədər Sovet Ordusu və DTK veteranları, yerli milislər, habelə hüquq-mühafizə orqanlarının əməkdaşları Xalq Cəbhəsinə qoşulmuşdular. Cəbhənin rəhbərliyi sonralar keçmiş DTK işçilərinin çoxluğuna görə Yuri Andropovun adını daşıyan "Yurçiki" kimi tanınmağa başlamışdır. Sonradan, 1992-ci ilin sonunda keçmiş prezident Rəhman Nəbiyevin tərəfdarlarının əksəriyyəti Xalq Cəbhəsinə qoşulmuşdur. 1992-ci ilin dekabrında Emoməli Rəhmonun (Tacikistan Ali Şurasının sədri) başçılığı ilə yeni hökumət Xalq Cəbhəsi və konstitusional hökuməti dəstəkləyən qüvvələr əsasında "Tacikistan Respublikası Silahlı Qüvvələrinin yaradılması haqqında" qərar imzalamışdır.
Tacikistanda vətəndaş müharibəsi
Tacikistan Vətəndaş Müharibəsi may 1992-də Tacikistanın Garm və Dağlıq Bədəxşan Muxtar Vilayətidə bəzi İslamçı təbəqəsinin, Rəhman Nəbiyevin başçılıq etdiyi hökumətə qarşı başlatdığı qiyam nəticəsində ortaya çıxan vətəndaş müharibəsi. Müxalif təbəqə Birləşmiş Tacik Müxalifəti adı altında toplanmış, Özbəkistan və Rusiya isə hərbi olaraq Tacikistan hökumətinə dəstək vermişdi. 27 iyun 1997-də Moskvada imzalanan sülh sazişlə sona çatan müharibədə 50.000–100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isə miqrasiya etdiyi təxmin edilir. Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar 2015-ci ilin sentyabr aylarında da davam etmişdir. Hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. Çoxlu sayda silah-sursat müsadirə edən hökumət qüvvələri Nəzərzadənin 31 tərəfdarını da həbs edib. Hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərzadə rəhbərlik edir. Bu birbaşa dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsə də, Əbdülhəlim Nəzərzadə sosial şəbəkələr vasitəsilə yayımlanan məktubunda dövlət çevrilişinə cəhd etmədiyini və ona qarşı repressiyaların prezident İmoməli Rahmon tərəfindən başladıldığını deyib.

Digər lüğətlərdə