Azərbaycan–Tacikistan münasibətləri

Azərbaycan–Tacikistan münasibətləriAzərbaycan Respublikası ilə Tacikistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Tacikistan münasibətləri
Azərbaycan və Tacikistan
 Azərbaycan  Tacikistan
Azərbaycanın Tacikistandakı səfirliyi
Səfir Əlimirzamin Əskərov[rus.]
Ünvan Düşənbə, Z. Nozimov küç., 18
Tacikistanın Azərbaycandakı səfirliyi
Səfir Rustam Soli
Ünvan Bakı, Badamdar, Bağlar küç., 20
Digər
Quruluş tarixi 29 may 1992
Dövriyyə 0,006 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir.[1]

Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır.[1]

Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub.[1]

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur.[2]

Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq TəşkilatıMüstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.[3]

Fövqəladə və səlahiyyətli səfirlər

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdir[4]

Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Tacikistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[5] O, 26 may 2011-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[6]

Azərbaycan prezidenti İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib[7].

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[8]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Qırğızıstan, Türkmənistan, Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Fəzail Ağamalıyev olmuşdur[9]. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır[10]. 4 mart 2016-cı il tarixindən Aydın Mirzəzadə işçi qrupunun rəhbəridir[8].

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan tərəfindən 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilmişdir.[1]

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | mənbəni redaktə et]
İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[11] 5 171,31 66,36 5 237,67
2021[12] 7 331,41 185,24 7 516,65
2022[13] 5 811,75 138 5 949,75

Rəsmi sənədlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında 35 sənəd imzalanmışdır.[3]

Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.[14]

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Azərbayca - Tacikistan münasibətləri Arxivləşdirilib 2020-02-24 at the Wayback Machine. aliyevheritage.org  (az.)
  2. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  3. 1 2 Azərbaycan - Tacikistan münasibətləri Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine. mfa.gov.az, 18.09.2014  (az.)
  4. Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) səfirliyinin təsis edilməsi haqqında Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli, 130- IIIQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  5. M.A.Əliyevin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2019-07-28 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2007-ci il tarixli, 2342 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  6. M.A.Əliyevin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 26 may 2011-ci il tarixli, 1530 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  7. "Abbasəli Həsənov Azərbaycanın Tacikistandakı səfiri təyin olunub". 2012-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
  8. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  9. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  10. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2020-08-27 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  11. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  12. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  13. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  14. Emoməli Rəhmonun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2015-09-21 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]