TER

I
(Bərdə, Culfa, Gəncə, Hamamlı, Şərur)
böyük xurcun. – Terin içinə ağır şeylər qoymaq olar. – Teri atın belinə aşır (Bərdə); – Xurcunu adam çiyninə salır, teri heyvanın belinə salıf içinə şey doldurullar (Hamamlı); – Teri sal ulağın üstünə, doğulan quzuları daşı dölçəyə (Culfa)
II
(Çənbərək)
kilim, palaz
TEPŞİMAX
TERAN
OBASTAN VİKİ
Bas Ter
Bas Ter (fr. Basse-Terre) — Qvadelupa (Kiçik Antil adaları) adasında şəhər, Qvadelupanın inzibati mərkəzi. Sufrier vulkanının ətəyində yerləşir. Əhalisi 12 100 nəfərdir (2008). Dəniz limanı yoxdur. Ancaq dərinsulu lövbər dayanacağı mövcuddur. Şəhərdə şəkər istehsalı üstünlük təşkil edir. Ərazidən şəkər xam malı, banan, kofe, kakao və vanil daşınır. Şəhərin tanınmış insanlarından biri — fransız hərbiçisi və kompozitoru, dirijor, skripkaçı Bolon de Sen-Jorjdur. == Adlandırılması == «Basse-Terre» sözü fransız dilindən «düzənlik» kimi tələffüz olunur.
Bas-Ter (rayon)
Bas-Ter (fr. Basse-Terre) — Fransanın Qvadelupa regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qvadelupa. Suprefektura — Bas-Ter. Rayon əhalisi 2006-cı ildə 189.529 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 221,93 nəf./ km². Rayon ərazisi — 854 km².
Qrand Ter
Qrand Ter (fr. Grande Terre) — Yeni Kaledoniyanın ən iri və əsas adası. Adanı 1774-cü ildə britaniyalı səyyah Ceyms Kuk kəşf etmiş və Yeni Kaledoniya olaraq adlandırmışdır. Bu termin nəyinki bu adaya həmcinin onun ətrafındakı adalara da şamil olunur. Yerliklər isə adanı "Le Kayya" olaraq adlandırırdılar. Adada ən iri yaşayış məntəqəsi Numeadır. O həmdə Fransanın dəniz arxası ərazisi olan Yeni Kaledoniyanın mərkəzidir. Ada Sakit okeanın tropik qurşağında yerləşir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Mərkəzi silsilə tropik meşələrlə örtülüdür.
Arkadi Ter-Tadevosyan
Arkadi Ter-Tadevosyan (erm. Արկադի Տեր-Թադևոսյան, rus. Аркадий Тер-Тадевосян; 22 may 1939, Tbilisi – 31 mart 2021, İrəvan) — Birinci Qarabağ müharibəsi dövründə erməni qüvvələrinin hərbi lideri və Ermənistanın keçmiş müdafiə nazirinin müavini olan sovet və erməni generalı. Ter-Tadevosyan 1992-ci ilin may ayında baş vermiş Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınır. Xocalı soyqırımının əsas təşkilatçılarından biri olmuşdur. == Həyatı == Ter-Tadevosyan Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Tbilisidə orta məktəbi bitirdikdən sonra zabit olmağa qərar verdi. Ümumqoşun Komandirlər Məktəbi və Leninqrad Hərbi Akademiyasının Arxeoloji Xidmətlər və Nəqliyyat Akademiyasına qəbul oldu. Əfqanıstanda vəzifədə olarkən "Dağ tülküsü" ləqəbini qazandı. Şərqi Almaniyada, Çexoslovakiyada və Belarusiyada hərbi xidmətini davam etdirdi və Ermənistan Dövlət Aqrar Universitetində müəllim vəzifəsində çalışmağa başladı.
Dayana Ter-Hovanesyan
Dayana Ter-Hovanesyan (ing. Diana Der Hovanessian; 21 may 1934, Vuster[d], Massaçusets – 1 mart 2018, Kembric, Massaçusets) ― erməni əsilli ABŞ şairi, tərcüməçisi və yazıçısı. Onun şeirlərinin əksəriyyəti Ermənistana və erməni diasporuna həsr olunmuşdur. O, iyirmi beşdən çox kitab müəllifidir. == Həyatı və karyerası == Dayana Ter-Hovanesyan Massaçusets ştatının Vuster şəhərində yaşayan erməni ailəsində anadan olub. O, ingilis dili ixtisası üzrə Boston Universitetində təhsil almışdır və daha sonra təhsilini Harvard Universitetində davam etdirdi, tanınmış ABŞ şairi Robert Louell orada onun müəllimlərindən biri idi.. O, İrəvan Dövlət Universitetində Amerika ədəbiyyatı üzrə professor, iki dəfə isə erməni poeziyası üzrə Fulbrayt qrantı proqramı üzrə professor dərəcəsini almışdır. Boston Universiteti, Bard Kolleci və Kolumbiya Universiteti də daxil olmaqla bir çox təhsil müəssisələrində seminarlar aparmışdır və həmçinin qonaq şair və Amerika poeziyası, tərcümədə erməni poeziyası və Amerika Birləşmiş Ştatları və xarici ölkələrdə insan hüquqları ədəbiyyatı mövzuları üzrə mühazirəçi olmuşdur. Otuz ildən çox müddət ərzində o, Yeni İngiltərə poeziya klubunun (ing. New England Poetry Club) prezidenti vəzifəsində çalışmış və Kolumbiya Universitetinin tərcüməçilər şurasının üzvü olmuşdur.
Levon Ter-Petrosyan
Levon Hakobi Ter-Petrosyan (erm. Լևոն Տեր-Պետրոսյան; 9 yanvar 1945, Hələb) — Ermənistan Respublikasının 1-ci Prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). == Həyatı == Levon Ter-Petrosyan 9 yanvar 1945-ci ildə Suriyanın Hələb şəhərində dünyaya gəlmişdir. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından biri olmuşdur. Anası milliyətcə assuriyalı olub. Ter-Petrosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, sonra təhsilini M. Abeqyan adına ədəbiyyat institutunun və Leninqrad şərqşünaslıq institutunun aspiranturasında davam etdirib. 1970–1980-ci illərdə elmi fəaliyyətlə məşğul olub. 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olur. 1988-ci ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunur, onları kütləvi iğtişaşların təşkilində və milli ayrı-seçkiliyin təbliğində ittiham edirdilər. Lakin 1989-cu ilin mayında Ter-Petrosyan azadlığa buraxılır.
Norat Ter-Qriqoryants
Norat Ter-Qriqoryants (erm. Նորատ Տեր-Գրիգորյանց, 16 iyul 1936, Orconikidze) — Sovet və Ermənistan hərbi generalı.
Qavriil Ter-Mikelov
Qavriil Mixayloviç Ter-Mikelov (rus. Гавриил Михайлович Тер-Микелов, erm. Գափրիել Տեր-Միքաելյան; 16 aprel 1874, Stavropol – 14 yanvar 1949, Tbilisi) — Sovet memarı, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1937), Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi (1937), Tiflis İncəsənət Akademiyasının professoru. == Həyatı == Qavriil Ter-Mikelov 1874-cü ildə Stavropolda Tiflisdən gələn erməni ailələrindən birində anadan olub. Atası sənaye və ticarət şirkətlərində işləmiş və fəaliyyətlərinə görə tez-tez iş gəzintiləri ilə məşğul olmuşdur. Qavriil məktəbə başlamazdan əvvəl Stavropolda yaşayırdı. Orta təhsilini Tiflis Real Məktəbində almışdır. 1899-cu ildə Ter-Mikelov Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunun memarlıq şöbəsini bitirmiş, sonra onun memarlığı və yaradıcılığı başlıca olaraq Bakı və Tbilisidə keçmişdir. Ter-Mikelov on ildən artıq Bakıda yaşamışdır. 1904-cü ildən 1918-ci ilə qədər o, yaradıcılıq cəmiyyəti yaratmış və bunun vasitəsilə layihələr alaraq onları həyata keçirmişdir.
Yasper ter Heyde
Yasper ter Heyde (29 mart 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Yasper AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. 19 dekabr 2017-ci ildə o, Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Yasper öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Dani de Viti əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yasper Amsterdam şəhərində anadan olmuşdur. Valideynləri isə Cənubi Koreya vətəndaşlarıdır. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Mark-Andre ter Ştegen
Mark-Andre ter Ştegen (alm. Marc-André ter Stegen; 30 aprel 1992[…], Mönxenqladbax, Şimali Reyn-Vestfaliya) — alman futbolçu, qapıçı. Barselona klubunda oynayır. Almaniya millisinin ehtiyat qapıçısıdır.
Ter-Abramyanın gəlirli binası
Ter-Abramyanın gəlirli binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Sadovnaya küçəsi, ev 51 ünvanında yerləşir. Bina 1886-cı ildə inşa edilmişdir. Bina regional əhəmiyyətli tarixi, arxitektur abidələri siyahısına daxil edilmişdir. Bu qeydiyyata 2009-cu il 1 yanvar tarixindən qeydiyyata alınmışdır. Bina borokko stilində inşa edilmişdir. Yaşayış binası kimi istifadə edilir. == Tarixi == ХIХ əsrdə rostovli sahibkarın Rostov-na-Donu şəhərinin bir çox yerində kitab mağazaları olmuşdur. 1880—ci illərə qədər onun tipoqrafiyası və kitabxanası icarəyə götürülmüş binada yerləşirdi. İşlərinin genişlənməsi ilə ona xüsusi və geniş ev tələb olunmuşdu.
Bakı dəmiryol vağzalında terror aktı (1994)
Bakı dəmiryol vağzalında terror aktı — 1994-cü il fevralın 1-də Bakı dəmiryol vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında törədilmişdir. == Nəticəsi == Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı.
Bakı yük terminalı
Bakı yük terminalı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdakı bütün müasir tələblərə cavab verən yük terminalı. MDB-də ən iri yük terminalından biridir. Sahəsi 163,000 m². 2005 il martın 23-də açılmışdır. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev və Lüksemburqun mülki aviasiyasının direktoru Henri Klyayna iştriak edib.
Bakıdakı Əbu Bəkr məscidində terror
Bakıdakı Əbu Bəkr məscidində terror — 17 avqust 2008-ci ildə Əbu Bəkr məscidinə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanovda olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunun törətdiyini bəyan etmişdir.
Basketbol terminologiyası
Asist: Komanda yoldaşına basket etməsi üçün verilən pas Backcourt (müdafiə etmə sahəsi): Bir komandanın müdafiə üçüm yarı sahə Basket: Topun içindən keçərək xal qazanılması Blok: Müdafiə etmə oyunçusu tərəfindən hücum oyunçusunun xal yığmasını və ya keçməsini maneə törətmə hərəkəti Şut: xal yığmaq məqsədiylə edilən tez hərəkət Dribbling (Top sürmə): Topu çiləyərək istənilən istiqamətə doğru atma Drive: Hücum oyunçusunun xal yığmaq məqsədiylə etdiyi hərəkət End Line (dib xətt): Sahənin enləməsinə səbət altından keçən xətt Fast Break: Bir komandanın rəqib komandanı qorunmasız tutaraq sürətlə xal yığmaq məqsədiylə hücum etməsi Faul Atışı (sərbəst atış): Faul nəticəsində sərbəst atış sahəsindən istifadə edilən müdaxiləsiz atışlar Front Court (hücum sahəsi): Bir komandanın hücum etdiyi yarı sahə Səhv: Faul sayılmayan qayda pozuntuları Səhvli Getmə (steps): Bir oyunçunun topu idarə altına aldıqdan sonra çiləmədən birdən çox addım ataraq getməsi və ya tünddürdükdən sonra topu tutub təkrar top atması Hava Atışı (jump ball): Hakimin oyunu başlatmaq məqsədiylə topu iki rəqib oyunçunun arasından yuxarı doğru atması və bu oyunçuların topu tək əlləriylə komanda yoldaşlarına qazandırma hərəkəti High Post (yüksək post): Sərbəst atış sahəsinin dərhal xaricindən başlayan hücum bölgəsi Hücum Faulü: Bir oyunçunun top öz komandasında ikən rəqib oyunçuya faul etməsi Jump Shot: Oyunçunun sıçrayaraq havada tək əllə basket etmə məqsədiylə şut atması Man to Man Defense (adam adama müdafiə etmə): Təyin olunan hər bir oyunçunun birə-bir təqibiylə edilən müdafiə etmə növü Midcourt Line (orta sahə xətti): Sahəni ortadan ikiyə ayıran xətt digər adı da 8 saniyə xəttidir Pərdələmə (Screen): Hücum edən komandanın oyunçularından birinin komanda yoldaşının asan şut atması və ya rəqibi keçə bilməsi üçün komanda yoldaşı ilə müdafiə etmə oyunçusunu arasına girməsi Pivot: Təyin olunan bir ayağın sabitlənməsi və sabitlənən ayaq ətrafında dönmə işi Pres: Müdafiə etmə edən komanda oyunçularının hücum edən komanda oyunçulardan topu qapmaq və səhv etmələrini təmin etmək üçün üzərlərində təzyiq qurmaları Ribaunt: Səbətdən ya da çevrədən dönən və havalanan topa sahib olmaq üçün edilən iş Texniki Faul: Oyunçuların qayda pozmaları nəticəsində verilən cəza Turnike (lay — up): Qaçaraq putaya ən yaxın məsafədən çarpdıraraq və ya çevrəyə tək əllə atılaraq edilən şut.
Bağdadda terror (2016)
Bağdadda terror — Bağdadda törədilmiş iki terror aktı. Hadisələrdə ən azı 200 nəfər həlak olub.
Beslanda terror aktı (2004)
Beslan şəhərində terror aktı (rus. Террористический акт в Беслане) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən Beslan şəhərində baş vermiş terrror aktı. Terrorçular şəhərdə yerləşən 1 nömrəli məktəbə ilk dərs günü (1 sentyabr) hücum etmiş və nəticədə 1.100 nəfəri əsir almışdır (777 nəfər uşaq). Əsir götürülən şəxslərin böyük əksəriyyəti şagirdlər, onların valideynləri və müəllimlərdən ibarət idi. Əsirlərin xilas edilməsi əməliyyatına Rusiya ordusunun xüsusi təyinatlıları cəlb edilmişdir. Əsirlərin xilas edilməsi əməliyyatı zamanı və bundan az əvvəl yaşanan hadisələrdə 300 nəfərdən çox şəxs həlak olmuşdur. Həlak olanların 186 nəfəri uşaqlar idi. Öldürülən şəxslərin əksəriyyəti etnik baxımdan çeçen və inquşlardan ibarət idi. Terror aktını həyata keçirən qrup miliyyətcə çeçenlərdən təşkil edilmiş silahlı birləşmə idi. Çeçenistan müharibəsi zamanı səslərini bütün dünyaya çatdırmaq istəyən qrupa Ruslan Xucabarov rəhbərlik edirdi.
Beyrutda terror hücumları (2015)
2015-ci ilin noyabrın 12-də baş vermiş Beyrut bombalamaları (ərəb. تفجيرا بيروت‎) şəhərin əsasən şiələr yaşadığı Burc al Baracne rayonunda baş vermişdi. Ölənlərin sayı 37-dən 43-ə qədər çox olduğunu xəbər verilir. Terror aktına görə məsuliyyəti öz boynuna İŞİD təşkilatı götürmüşdür. O, 136 adamı öldürən Parisdə terror hadisələrindən bir gün öncə baş verib. Hücumların sonra gələn 48 saat ərzində Daxili Təhlükəsizlik Qüvvələri 11 adamı həbs ediblər, onlardan çoxu Suriyadandılar. Sonraki xəbərdarlıqda deyilirdi ki, iki Suriyalı və Livanlı şübhəli şəxslər həbs olundu. Onlar Burc al Baracnedəki qaçqın düşərqəsində və paytaxtın şərqində yerləşən Açrafiye rayondaki mənzildə dayandırılıblar. Orada partlayan kəmərlər hazırlanırdılar. == Şərait == 2011-ci ildən bəri Livannan sərhədi bölən Suriyada vətəndaş müharibəsini yaşayır.
Beşiktaş terror hücumu (2016)
Beşiktaş terror hücumu (türk. Beşiktaş saldırıları) - Türkiyənin İstanbul şəhərindəki Beşiktaş səmtində 2016-cı ilin 10 dekabr tarixində yerli vaxtla saat 22:29 iradələrində gercəkləşdirilmiş silsilə terror hücumları. Terror hücumları Beşiktaş səmtinin iki bölgəsində; Beşiktaş PFK-nin stadionu olan Vodafone Arena və Maçka Demokratiya Parkının yaxınlığında kamikadzelərin özlərini partlatması nəticəsində törədilmişdir. Terror hücumu nəticəsində 38 nəfər həlak olmuş və 166 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olan 38 nəfərdən 30 nəfəri polis əməkdaşı, 1 nəfəri dinc sakin olduğu müəyyənləşdirilib. Hadisələrin səhərisi gün 11 dekabr tarixində Türkiyədə bir günlük milli matəm elan edilərək, dövlət bayraqları yarıya qədər aşağı salınmışdır. 2016-cı il Beşiktaş terror hücumuna görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsədə, Türkiyə hökuməti hadisəni törədilməsində İraq Şam İslam Dövlətinin və ya Kürdüstan Fəhlə Partiyasının əli ola biləcəyini ehtimal edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbul şəhərinin Beşiktaş səmtində baş vermiş terror hücumu ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. == Arxa plan == Türkiyədə Kürd məsələsinin həllinin müzakirələri sürətləndikdən sonra Kürdüstan Azadlıq Şahinləri (TAK) Türkiyə daxilində həyata keçirdiyi terror aktlarını ara verdiyini açıqladı. 2015-ci ilin iyun ayında (türk.
Bidens ternata
Bidens ternata (lat. Bidens ternata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bioloji terror
Bioloji terror – siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlaıqlarına vurulan ziyandır. Bioloji terror hələ qədim zamanlardan mövcud olmuşdur: müharibələr vaxtı su quyularının zəhərləndirilməsi, mühasirəyə alınmış şəhərlərə müxtəlif xəstəliklər yayan quş və heyvanların ötürülməsi və s. Bioloji müharibələrin və terrorizmin geniş vüsət alması XX əsrdə baş vermişdir. Bioloji terrorizmin genişlənməsində əsas səbəb kimi biotexnologiyalar üzrə mütəxəssislərin artmasını, bioloji və bakterioloji məhsulların daha asan yolla əldə edilə bilməsini göstərmək olar. Bioloji silahın özünəməxsus xüsusiyyəti vardır: virusun yayılması müəyyən müddət hiss olunmur və bir müddətdən sonra ətrafdakı canlıların xəstələnməsi və məhv olması prosesi başlayır. Bioloji terrorda əsasən su, torpaq və hava zəhərlənməsi baş verir.
Birbelüzgəcli şimal terpuqu
Birbelüzgəcli şimal terpuqu (lat. Pleurogrammus monopterygius) — Terpuqkimilər (Hexagrammidae) fəsiləsinə daxil olsn balıq növü. Sakit okeanda yayılmışdır. Balıqçılık sənayesi üçün qiymətli balıq növüdür. == Areal == Sakit okeanın şimalında yayılmışlar. Onlar Kuril adaları sahil sularından başlayaraq Kamçatka yarımadası sahillərinə, Berinq dənizinə qədər yayılırlar. Onlara həmcinin Yapon dənizinin şimalı, Oxot dənizi və Komandor adaları sahilləri belə müşahidə edilirlər. Amerika sahillərində isə Alyaska körfəzi, Aleut adaları və Kaliforniya sahillərində müşahidə edilirlər. == Təsviri == Maksimal uzunluğu 56,5 sm, çəkisi isə 2 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir.
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. == Həmçinin bax == Tektonika == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Boston marafonu terror hücumu
Boston marafonu terror hücumu (ing. Boston Marathon bombings) — Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan Boston marafonuna 2013-cü ilin 15 aprel tarixində yerli vaxtla saat 14:49 da təşkil edilmiş bombalı terror hücumu. Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 264 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən üç gün sonra terror hücumunu törətməkdə şübhəli bilinən iki şəxsin şəkilləri əraziyə yaxın olan müşahidə kameralı vasitəsi ilə təyin edilərək Federal Təhqiqat Bürosu tərəfindən mətbuatda paylaşılmışdır. Hadisəni törətdikdən sonra qaçmağa çalışan şübhəlilər 18 aprel tarixində Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşını öldürmüşdür. Şübhəlilərin hərəkət dairəsini daraldan federal polis sübh vaxtına qədər davam edən xüsusi əməliyyat nəticəsində Boston marafonu terror hücumunu törətməkdə şübhəli bilinən şəxslərdən birini atışma əsnasında ağır yaralamışdır. Ağır yaralanan Tamerlan Tsarnayev adlı çeçen əsilli şəxs xəstəxanaya aparılarkən ölmüşdür. Hadisənin bir digər şübhəlisi öldürülən Tamerlan Tsarnayevin kiçik qardaşı Cövhər Tsarnayev bir müddət gizlənməyi bacarmış, ancaq Massaçusets ştatının Votertaun şəhərinin ətrafında federal polis tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində yaralı olaraq ələ keçirilmişdir.
Bulbophyllum teres
Bulbophyllum teres (lat. Bulbophyllum teres) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum teresense
Bulbophyllum teresense (lat. Bulbophyllum teresense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum teretibulbum
Bulbophyllum teretibulbum (lat. Bulbophyllum teretibulbum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum teretifolium
Bulbophyllum teretifolium (lat. Bulbophyllum teretifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum teretilabre
Bulbophyllum teretilabre (lat. Bulbophyllum teretilabre) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum ternatense
Bulbophyllum ternatense (lat. Bulbophyllum ternatense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük terror
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Bəhai terrasları
Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karmel dağındadır. Ümumən ərazi Hayfa şəhərinin ərəblər yaşayan Vadi Nisnas və Hadar Karmel rayonuna aiddir. Bəhai bağları İsrailin turizm baxımdan ən görməli məkanlarından biri hesab olunur. Bağların memarı iran mənşəli memar Fariborz Sahbadır. Ümumi mühəddislik quruluşu Hayfanın Karban and Co. şirkətinə məxsus. Ərazi Ümumdünya Bəhai Mərkəzi ilə birlikdə Qərbi Qalileyin YUNESKO-nun Ümumdünya İrsinə daxil. == Simvolikası == Terraslar Babın ilk on səkkiz şagirdlərini tərənnüm edir.
Bərdə terrorları
Вərdənin bombalanması — Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 26 nəfər öldü, 105 nəfərdən artıq insan yaralandı.27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək. == Zəmin == 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən müharibə. Bu müharibə 1995-ci ildən sonra müşahidə olunan ən gərgin döyüşlərdir. Müharibə zamanı dəfələrlə 1949-cu il Cenevrə Konvensiyalarının əsas norma və prinsipləri pozularaq müharibə zonasından uzaqıda olan yaşayış məntəqələridə hücumlara məruz qaldı. == Hücumlar == === 27 oktyabr hücumu === 5 nəfər öldü, 13 nəfər isə yaralandı.

Digər lüğətlərdə