AĞIRLIĞINI ÜSTÜNƏ TÖKMƏK
AĞIZ AÇMAQ
OBASTAN VİKİ
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Aland mərkəzi
Aland mərkəzi (isv. Åländsk Center) — Aland adalarıda fəaliyyət göstərən aqrar-mərkəzçi siyasi partiya. Əsası 1976-cı ildə qoyulmuşdur. 2003-cü ildə Aland adalarında keçirilmiş parlament seçkilərində partiya 24,1% səs toplayaraq, 30 mümkün yerdən 7-sini, 2007-ci ildə 23,5% səslə 8-ni, 2011-ci ildə 23% səslə 7 yeri əldə etmişdir. Partiyanın hazırkı lideri Yorqen Petterssondur.
Analitika mərkəzi
Araşdırma mərkəzi və ya siyasi tədqiqat institutu (ing. think tank; policy institute; research institute) — ölkələrin siyasi qərar qəbulu prosesində idarəçilərə doğru və həqiqi siyasətlər müəyyən etmək məqsədi ilə müxtəlif tövsiyələr və hesabatlar nəşr edən araşdırma mərkəzidir.
Araşdırma mərkəzi
Araşdırma mərkəzi və ya siyasi tədqiqat institutu (ing. think tank; policy institute; research institute) — ölkələrin siyasi qərar qəbulu prosesində idarəçilərə doğru və həqiqi siyasətlər müəyyən etmək məqsədi ilə müxtəlif tövsiyələr və hesabatlar nəşr edən araşdırma mərkəzidir.
Ağcakəhriz (Mərkəzi)
Ağcakəhriz (fars. (Aqçe Kəhriz) اقچه كهريز‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Miləcird bəxşinin Miləcird dehistanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 11 ailədə 24 nəfəri kişilər və 21 nəfəri qadınlar olmaqla cəmi 45 nəfərdir. Kəndin əhalisini Azərbaycan türklər təşkil edir, Azərbaycan türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Muzey Mərkəzi
Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır. == Binası == Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Muğam mərkəzi
Beynəlxalq Muğam Mərkəzi — Bakıda, dənizkənarı Milli Parkda açılmış mədəniyyət mərkəzi. == Tarixi == 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Mərkəzi (ostan)
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. == Ərazi == Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . == Əhali == 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . === Milli tərkib === == Şəhristanlar == Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Mərkəzi Afrika
Mərkəzi Afrika — ekvatorial və subekvatorial zolaqda Afrikanın qərb hissəsi boyu uzanan coğrafi sahə. Konqonun geniş çökəklikləri, qərbdə Atlantik okeanı və Qvineya körfəzi, şimalda Azandeni yaylası, cənubda Lunda platosu və Anqolanın yaylaları boyu uzanır. Regionun şərq hissəsi Şərqi Afrika rift sisteminin Qərbi rift qolu ilə məhdudlaşmışdır. == Ərazisi == Subregionun ümumi ərazisi 6613 min km²-dir. Mərkəzi Afrikaya aşağıdakı ölkələr daxildir: Qabon Kamerun (paytaxt Yaunde) Konqo Demokratik Respublikası (paytaxt Kinşasa) Konqo Respublikası (paytaxt Brazzavil) San-Tome və Prinsipi (paytaxtı San-Tome_(şəhər)) Mərkəzi Afrika Respublikası (paytaxt Bangi) Çad (paytaxt Ncamena) Ekvatorial Qvineya (paytaxt Malabo) Həmçinin, bəzi hallarda Böyük Britaniyanın xarici ərazisi (Müqəddəs Yelena adası) və Anqolada daxil edilir. Mərkəzi Afrika ölkələri ekvatorun hər iki tərəfində yerləşir. Məşhur "mis qurşağı" (KDR-nin şimal şərqi) bu regionda yerləşir. Region manqan, uran, dəmir, neft, meşə, hidroresurslarla zəngindir. KDR istisna olmaqla, bütün ölkələr geri qalmış iqtisadiyyata malikdirlər. İxracat əhəmiyyətli bitkilər qəhvə və kakaodur.
Mərkəzi Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Mərkəzi Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. == Coğrafiyası == Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Mərkəzi Avropa
Mərkəzi Avropa — coğrafi cəhətcə Avropanın aşağıdakı ölkələrini əhatə edir: Avstriya (alm. Mitteleuropa, Zentraleuropa‎) Macarıstan (mac. Közép-Európa) Almaniya Polşa (pol. Europa Środkowa) Slovakiya (slovak. Stredná Európa) Sloveniya (sloven. Srednja Evropa) Xorvatiya (xorv. Srednja Europa) Çexiya (çex. Střední Evropa) İsveçrə (fr. Europe centrale, it. Europa centrale) Serbiya ( ölkənin Voyevodina diyarının bir hissəsi, Belqrad və onun ətrafı; serb.
Mərkəzi Bank
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. == Mərkəzi Bankın funksiyaları == dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. == Alternativ təriflər == Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif) Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
Mərkəzi Belarus
Mərkəzi Belarus — Belarusda tarixi-etnoqrafik region. Respublikanın mərkəzi hissəsində yerləşir və Minsk vilayətinin böyük hissəsini, Mogilyev vilayətinin isə qərb hissələrini əhatə edir. Region şimaldan Poozeriya platosu ilə, şərqdən Podneprov ilə, cənubdan Şərqi Polesye ilə və qərbdən Ponemane ilə həmsərhəddir. Region əhalisi etnoqrafik baxımdan slavyan köklüdür. Əhali qədim dreqoviçlərin və kriviçlərin davamçılarıdı. Mərkəsi Belarusun dili belarus dilinin ortabelarus dialektinə aiddir. Bu dialekt cənub-qərb və şimal-şərq dialektləri arasında orta mövqe tutur. == Tarixi == X əsrlərdən regionun şimal hissəsi Polotsk knyazlığına aid idi. XII əsrdən bu regiondan müstəqil Minsk, İzyaslav və Loqojski knyazlığı ayrılmış. XVI əsrdə Mərkəzi Belarus Böyük Litva knyazlığının tərkibinə keçmiş.
Mərkəzi Cimahi
Mərkəzi Cimahi — Cimahi, Qərbi Yava, İndoneziyada rayon. 2014-cü ildə Mərkəzi Cimahinin 163,961 nəfər əhalisi olub.
Mərkəzi Finlandiya
Mərkəzi Finlandiya (fin Etelä-Karjala; isv. Södra Karelen) - Finlandiyanın vilayətidir. Bu vilayət Pyayat-Hyame, Pirkanmaa, Cənubi Ostrobotniya, Mərkəzi Ostrobotniya, Şimali Ostrobotniya, Şimali Savoniya və Cənubi Savoniya vilayətləri ilə sərhəddir. Mərkəzi Yuvuaskyulya şəhəridir. 1 yanvar 2017-ci il tarixində vilayətin ərazisi 19.948.61 km², bunun 16.703.02 km²-i quru ərazi, 3.245.59 km²-i isə daxili sulardır. 31 oktyabr 2020-ci il tarixində vilayətin əhalisi 275.032 nəfər idi. == Tarixi == Keçmişdə mövcud olan Tavastiya, Savoniya və Ostrobotniya vilayətlərinin bir hissəsi olmuşdur. == Rayonlar == Vilayət 6 rayon və 23 kommunadan ibarətdir. 6 kommuna şəhər statusuna sahibdir.
Mərkəzi Frankoniya
Mərkəzi Frankoniya (alm. Mittelfranken‎; bav. Middlfrankn) Almaniyada Bavariya Federal vilayətinin tərkibində inzibati dairə, Tarixi Frankoniya əyalətinin üç hissəsindən biri == İnzibati bölgü == Mərkəzi Frankoniya rayonlara (alm. Kreise‎) və sərbəst şəhərlərə ((alm. Kreisfreie Städte‎)) bölünür.
Mərkəzi Macarıstan
Mərkəzi Macarıstan (mac. Közép-Magyarország) — statistik (NUTS 2) Macarıstan regionu, Peşt medyesi və Budapeşt şəhəri daxildir. Regionun sahəsi — 6899 km². Əhali — 2 971 246 nəfər (2011-ciilin məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 4% (ölkədə ən aşağı). == İstinadlar == == Ədəbiyyat == Reuvid J. Doing Business With Hungary. GMB Publishing Ltd. 2005. səh. 280.
Mərkəzi Makedoniya
Mərkəzi Makedoniya (yun. Περιφέρεια Κεντρικής Μακεδονίας) — Yunanıstanın inzibati-ərazi vahidi, sahəsinə görə ən böyük və əhalidə ikinci periferiya. Kallikratis proqramına əsasən 2011-ci ildə Makedoniya — Frakiya desentralizasiya idarəsinə daxildir . Tərkibinə tarixi ərazi olan Makedoniyanın mərkəzi hissəsi daxildir, Ayon-Oros istisna olmaqla. Əhalisi 1.880.058 nəfər. Sahəsi 18.810,523 km². Sıxlıq 99,95 nəf./ km². Periferiyanın inzibati mərkəzi — Saloniki şəhəridir. Periferiarx — Apostolos Dzidzikostas (Απόστολος Τζιτζικώστας). 1987-ci ildə yerli özünüidarəetmə haqqında 1622/86 Qanuna uyğun olaraq təsis edilmişdir.
Mərkəzi Ostanı
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. == Ərazi == Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . == Əhali == 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . === Milli tərkib === == Şəhristanlar == Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Mərkəzi Ostrobotniya
Mərkəzi Ostrobotniya (fin Keski-Pohjanmaa; isv. Mellersta Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Ostrobotniya, Şimali Ostrobotniya, Mərkəzi Finlandiya və Cənubi Ostrobotniya vilayətləri ilə sərhəddir. Mərkəzi Kokkola şəhəridir. == Rayonlar == Vilayət 2 rayon və 8 kommunadan ibarətdir. Kannus və Kokkola kommunaları şəhər statusuna sahibdir. == Əhali == == İqtisadiyyat == 2017-ci ildə adambaşına düşən ÜDM-ə görə vilayət adambaşına 31.974 avro göstəricisi ilə Finlandiyada 10-cu yerdədir.
Mərkəzi Qap
Mərkəzi Qap (fr. Gap-Centre) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0526. Mərkəzi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. == Əhali == 2007-ci ildə əhalinin sayı 8 090 nəfər təşkil edirdi.
Mərkəzi vulkаn
Mərkəzi vulkan – bu tip vulkanlarda püskürmə adətən daimi boruvari çıxış kanalından (boğazdan) baş verir. Lava və süxur qırıntılarının yığmı nəticəsində bo- ğaz ətrafında – təpəsində krater (tiyan) yerləşən yüksəklik əmələ gəlir. Yüksəkliyin forması püskürmə tipi ilə müəy- yən edilir. Mərkəzi vulkanlar Bir boğazlı mərkəzi püskürmə Mərkəzi lava -kül püskürməsi Görkəmlərinə və ölçülərinə görə möhtəşəm stratovul- kanlardan kiçik egiş konuslarına (maar, partlama boruları) qədər müxtəlif tipli vulkanlar mərkəzi vulkanlara aiddir. Mərkəzi vulkan üst hissəsində genişlənmə, yəni kraterlə bitir. Bu, vulkan hər dəfə püskürdükcə vulkan qurğusu yüksəlir. Mərkəzi vulkanların yan və ya asalak kraterləri də ola bilər (dairəvi çatlarda, vulkan yamaclarında). Tez- tez mərkəzi vulkanların kraterlərində maye lava gölləri olur. Əgər maqma sıyıqdırsa, sıxılma gümbəzləri əmələ gəlir və bunlar boğazı tıxаyır ki, bu halda güclü partlayışla müşayiət olunan püskürmə baş verir. Bu zaman güclü qaz аxını "tıxаcı" boğazdan atır.
Rokfeller mərkəzi
Rokfeller mərkəzi (ing. Rockefeller Center) — Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən iş mərkəzi kompleksi. Kompleks Con Rokfellerin xüsusi sifarişi ilə tikilib. Hazırda Rokfeller ailəsinə məxsus mülkdür. Midtaun Manhettendə 48-ci və 51-ci küçələrin arasında yerləşir və 19 binadan ibarətdir. Tikintisi 1930-cu ildə başlayıb və 1939-cu ildə bitmişdir. Hər il Milad bayramında qurulan milad ağacları ilə məşhurdur.