AĞU1

1. Zəhər.

2. Məcazi mənada: çox acı şey haqqında; zəqqum. (“Koroğlu” dastanının lüğəti)

– Adə Həsən, bu dağlarda qovun-qarpız nədi? Bu necə yerdi? Düş bu qovundan-qarpızdan kəsib yeyək.

Atdan düşdülər. Hansın kəsdilər ağu kimi çıxdı. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

Yasda, ölü üstündə avazla söylənilən yanıqlı sözlər. (“Koroğlu” dastanının lüğəti)

O gecə səhərəcən dəlilərin zümzüməsinnən, Cünunun bayatısınnan, xanımların ağusunnan, atdarın kişnəməsinnən yer-göy bir-birinə qovuşub “ləbbey” dedi, təkcə Koroğlunun səsi çıxmadı. (“Mərcan xanımın Çənlibelə gəlməyi” (İ.A., B.A.)

AĞU
AH-VƏBAL

Digər lüğətlərdə