Albina Kurbijekova
Albina Kurbijekova (rus. Альбина Васильевна Курбижекова (Кужакова); , 8 aprel 1951, Ustinkino kəndi, Orconikidze rayonu, Xakasiya) – Xakasiya yazıçısı, şairi, tərcüməçi, folklor toplayıcısı, Xakasiya Respublikasının başçısı Moisey Bainov adına ədəbi mükafat laureatı, Xakasiya Yazıçılar Birliyinin sədri (2015-ci ildən).
Albina Vasilyevna Kurbijekova 8 aprel 1951-ci ildə Xakasiya Respublikasının Orconikidze rayonunun Ustinkino kəndində anadan olmuşdur. Orta məktəbi Abakan şəhərində oxumuşdur. 1966-cı ildə Minusinsk Pedaqoji Məktəbini bitirmişdir. 1969-cu ildən etibarən Abakan şəhərinin Şarıpovski rayonunda (21 saylı məktəb) bədən tərbiyəsi müəllimi, Uşaq və Gənclər Turizmi Mərkəzində baş müəllim, Xalq Sənəti Elmi-Metodik Mərkəzində metodist (folklorçu) kimi çalışmışdır. 2000 - 2012 –ci illərdə Abakan şəhərindəki 26 və 28 saylı məktəblərdə bədən tərbiyəsi müəllimi işləmişdir.
2012-2015-ci illərdə Sulek Muzey-Qoruğunun direktoru vəzifəsində çalışmışdır.
Rusiya Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildən Xakasiya Yazıçılar Birliyinin sədridir.