ALÇI

Aşıq-aşıq oyununda sümüyün dörd tərfindən birinin adıdır, cik sözü də bunun dəyişmiş formasıdır. “Cikinə-bikinə bələd olmaq” deyirik. Məncə, ıncıq kəlməsinin dəyişmiş formasıdır, (ıncıq heyvanin dal ayağında iki çıxıntının adıdır). Bik sözü də aşığın tərəflərindən birinin adıdır. Oyunda aşığı atmaq məharəti əsasdır: necə atasan ki, cik üstünə düşə, necə atasan ki, bik üstünə düşə! Cikinə-bikinə bələd olmaq bununla bağlıdır: “hiyləsini, ustalığını, məharətini yaxşı bilirəm” deməkdir. 

ALÇAQ
ALDANMAQ
OBASTAN VİKİ
Nagehan Alçı
Nagehan Alçı (13 aprel 1977, İstanbul) — Türkiyə jurnalisti və aparıcısı. == Həyatı == 13 aprel 1977-ci ildə İstanbulda doğuldu. İstanbul Liseyini bitirdikdən sonra Boğaziçi Universiteti Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Fakültəsində təhsil aldı. Sosial mediada onun katolik məktəbindən məzmun olduğu ilə bağlı iddialar həqiqəti əks etdirmir. == Şəxsi həyatı == İngilis, alman, ispan dillərini bilir. Fransız dilini də anlayır, zəif səviyyədə ərəb dilində də bilir. 20 may 2006-cı ildə Emre Ayan ilə evləndi. Daha sonra onlar boşandı. 2010-cu ilin dekabrında Rasim Ozan Kütahyalı ilə evləndi. Bu evlilikdən Betül Yasemin ve Ayşe Ela adında iki əkiz qızları oldu.
Alçın Şirinzadə
Alçın Şirinzadə (azərb. Şirinzadə Alçın Əlsəftər oğlu:‎) (23 may 1951, Bakı) — 2007–2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor == Həyatı == Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə — Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974–1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975–1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə neftçıxarma işində artıq təcrübə qazanmış və onu "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyində neft hasilatı şöbəsinə baş texnoloq təyin etmişlər. 1984–1990-cı illərdə ADNA-nın iqtisadiyyatın təşkili və idarə olunması kafedrasında dosent, 1990–1992-ci illərdə "Xəzərdənizneftqaz" İstehsalat Birliyində texniki şöbənin rəisi, 1992–1994-cü illərdə "Azneft" neft və qaz hasilatı baş idarəsində neftçıxarma üzrə istehsalat şöbəsinin rəisi, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neft-qazçıxarma İB-də baş mühəndisin müavini işləmişdir. 1996-cı ilin avqust ayından 2006-cı ilin əvvəlinə kimi "Neft Daşları" NQÇİ-nin rəisi vəzifəsində çalışmışdır.2006-cı ilin fevralında isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin olunmuşdur. 2007-ci ildən 2019-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Alçılı (Qars)
Alçılı — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 248 nəfərdir (2022).

Значение слова в других словарях