AMMA (bağlayıcı) [Aydın:] Yaxşı şəkildir, amma hayıf ki, istidən rəngi pozulub (C.Cabbarlı); ANCAQ Söhbət genişlənir, ancaq Şuşadan o yana adlamırdı (Ə.Vəliyev); FƏQƏT (kl.əd.) Aydın: Doğrudur, bir az mənliyimiz çeynənir, şərəfimiz tapdanır, fəqət əvəzində altun alırsınız (C.Cabbarlı); LAKİN İzzət qarı obaya yaxınlaşıb dincini almaq istədisə de, lakin üfüqdə qızartı işarəsi görüb fikrini dəyişdi (Ə.Məmmədxanlı); LEYK (kl.əd.) Leyk dövri-zəmanə eylədi ğədr; Kim, sənə layiqincə qoymadı qədr (A.Səhhət); VƏLİ (köhn.) Diridirlər əgərçi surətdə; Ölüdürlər, vəli, həqiqətdə (A.Səhhət).