Ayana Cons
Ayana Money Stenli Cons (20 iyul 2002 –16 may 2010) Detroytun Şərq tərəfində 16 may 2010-cu ildə Detroyt Polis Departamentinin Xüsusi qrupu tərəfindən həyata keçirilən reyd zamanı polis məmuru Cozef Uikli tərəfidən başından vurularaq öldürülən yeddi yaşlı afrika-amerikalı bir qız. Onun ölümü milli medianın diqqətini çəkdi və ABŞ nümayəndəsi Con Koners ABŞ Baş prokuroru Erik Holderdən hadisə ilə əlaqədar federal araşdırma aparmağını istəyir.
Polis məmuru Cozef Uikli Consun ölümü ilə əlaqədar ittiham edildi. 2011-ci ilin oktyabrında Uikli qeyri-ixtiyari adam öldürmə və silahla ehtiyatsız davranmaqda ittiham edildi. Uiklinin ilk məhkəməsi qüsurlu məhkəmə prosesinə görə 2013-cü ilin iyun ayında başa çatdı. 2014-cü ilin sentyabrında Uiklinin işinə yenidən baxıldı, ikinci məhkəmə baş tutdu. Oktyabrın 3-də hakim Uikliyə qarşı qeyri-ixtiyari adam öldürmə ittihamını rədd etdi, yalnız bir ittihamla mühakimə olundu:ehtiyatsızlıq ucbatından atəş açılıb. Oktyabrın 10-da ikinci məhkəmə qeyri-qanuni nəticələndi. 28 yanvar 2015-ci ildə prokuror Uiklinin üçüncü məhkəmə prosesinin olmayacağını təmin edərək ona qarşı olan son ittihamdan Uiklini xilas etdi.
== Hadisə ==
14 may 2010-cu il Cənub-Şərqi liseyinin böyüyü Bleyk Detroydun şərq tərəfindəki Mak və Benito kəsişdiyi yerdə vurularaq öldürüldü.