EPİKÜRÇÜ

is.
1. Epikür fəlsəfəsi tərəfdarı.
2. məc. kit. Zövq və nəşəni hər şeydən üstün tutan adam; kefcil, işrətpərəst.
Epikürçü şair [Abdulla bəy Asi] şeirlərinin birində deyir: “Bir halda ki, şərab vaizlərin moizəsindən daha yaxşı insanın beynini işıqlandırır, necə ola bilər ki, belə bir şərabı içməyəsən?” F.Köçərli.

EPİKRİ́Z
EPİKÜRÇÜLÜK
OBASTAN VİKİ
Epikürçülük
Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi. == Tarixi == M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir: Ellinizm dövrünün epikürçülüyü; Yunan-Roma epikürçülüyü m. ö. I-II əsrləri əhatə edir; Roma epikürçülüyü I-VI əsrlər Roma imperiyası dövrünü əhatə edir.Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir. İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur. Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır. Bu dövrdə Gay Amafini və İtaliyaya köçmüş Qadaralı Filodem (antik atomistika təlimini Romada yaymışdır) fəaliyyət göstərmişlər.

Digər lüğətlərdə

гарниту́ра голода́ющий гори́лка замани́ха кавка́зцы отгово́рщик переплета́ть поли́вочный посогре́ться путеше́ствоваться скверни́ть белодере́вец донести́ заше́йный преступле́ние ра́тный эти́ловый Ока сутунок -ism age-hardening American saddle horse Epicureanism обуздать переутомление