Azərbaycan dilinin izahlı lüğətində FUTBOL sözün mənası. Толковый словарь азербайджанского языка.

[ing.] Hər bir komandanın ayaq (və bəzən baş) zərbəsi ilə rəqibin qapısına mümkün qədər çox top (qol) vurmasından ibarət idman oyunu. Futbol oynamaq. Futbol stadionu. Futbol mövsümü. Müasir futbolun əsas qaydaları XIX əsrin 60-cı illərində İngiltərədə işlənmişdir. Azərbaycanda ilk futbol komandaları 1911-ci ildə Bakıda yaradılmışdır.
← FUT

is. [ing.] İngilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi.

FUTBOLÇU →

is. Futbol oyunçusu. Bakı futbolçuları 1912-ci ildə Tiflisdə ilk şəhərlərarası matç keçirmiş və qələbə qazanmışlar.