SIĞIŞDIRMAQ

f.
1. Yerləşdirmək, güclə sığdırmaq.
[Şair Ərəstun Şiraslana dedi:][Ağbulağın işlərini] heç balaca bir şerə sığışdırmaq olarmı, şair? S.Rəhimov.

2. məc. Dözmək, qatlaşmaq, sinirmək.
Ayrım qızı … naxır sahiblərinin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasınca hər gün söylənərdi. A.Şaiq.
Sığışdıra bilməyib; Paxıl arı bu dərdi; Dedi: “Gərək mən onu; Ruhdan salıb öldürəm”. M.Dilbazi.

SIĞIŞDIRMA
SIĞIŞMA

Digər lüğətlərdə

базиликовый заруби́ться канта́та мона́ший не дура́к прибау́тчик смертоуби́йство сти́льщица шнурова́ние электроста́ль зашо́ренный обложно́е небо одурма́нивающе перевози́ть тёмная вода́ львица чу apprehensive circumlittoral coquina deep-set ghost town hiver tritheism заброшенность