DABAN

is.
1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.
2. Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq. – Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev. // Ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə. Çəkmənin dabanı ilə başımdan vurub papağımı saldı yerə. C.Məmmədquluzadə. [Dilənçi] ayağına dabanları yatırılıb əyilmiş bir kişi başmağı geymişdi. Ə.Sadıq.
3. dan. Bir daban bərabərində uzunluq. Gülsənəm arvad Cəmilin .. bir ildə azı bir daban uzandığını görüb sevindi. M.Hüseyn.
4. dan. Dəfə, kərə. Üç daban getmək.
5. B a x ayaq1 9-cu mənada. Tüfəngi dabana çəkmək. Dabanda saxlamaq. – Sənsə cəbhədəsən belə bir gündə; Tüfəngin dabanda bir döyüşçüsən. S.Vurğun.
6. məh. Dəyirmanın üst daşını yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu.
7. B a x dabana. Qapının dabanı. – [Xortdan:] Uşağı olmayan qadınlar gedib qarınlarını ağanın qapısının dabanına sürtərdilər. Ə.Haqverdiyev. ..Üçüncü dəfə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. M.İbrahimov. ◊ Daban almaq – qaçmaq, götürülmək, yüyürüb getmək. Xoruzoğlu kağızı cibinə qoyub daban almış və enişlərdə xoruz kimi qanadlanmışdı. S.Rəhimov. Daban aldı müxalifin qoşunu. M.Rahim. Uşaq: – Sağ olun, – deyib, əlindəki kağıza baxa-baxa daban almaq istəyəndə müavin çağırdı. Mir Cəlal. Daban döymək – çox gəzmək. Gündüz axşama kimi hər kəs ona iş buyurduğuna və o da daban döydüyünə görə o qədər yorulardı ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı. S.Rəhimov. Daban qırmadan – dayanmadan. Onlar daban qırmadan qaçırdılar. “Qaçaq Nəbi”. Dabanına daş dəymək – yubanmaq, gecikmək, ləngimək. Dabanına daş dəymiş – bəduğur, uğursuz. Dabanına tüpürmək – bax daban almaq. Çuğul qarı .. dabanına tüpürüb özünü birbaşa Soltan Mahmuda yetirdi. (Nağıl). Salman bəy dedi: – Dabanımıza tüpürək, hər nə ola, ola. N.Vəzirov. daban-dabana zərf Tamamilə. Dabandabana zidd. – Bu şərq küləyilə dabandabana; Bu uzun yollarda qovub səhəri; Böyük Şərq şerinin dühası gəlir. Şəhriyar.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

DABAN 1. пята, пятка; 2. каблук; ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

DABAN I (Qarakilsə, Qazax) dəyirman daşının işini nizamlayan dəmir hissə. – Dabanı bərkit, daş düşər (Qazax); – Də:rmanın dabanın yendir, unu yaxşı üyüssün (Qafan) II (Şamaxı) tütün bitkisinin kökə yaxın yarpaqları. – Tənbəkinin dabani çəkməyə çox yüngüldü III (Kürdəmir) həncama əvəzində qapını çərçivəyə birləşdirən oxcuqlar (qapı bu oxcuqlar üzərində fırlanır). – Qapı dabanınnan çıxdı IV (Qax) sinə. – Əbdal kimi dabanını niyə əçirsin? ətraflı

Azərbaycanca-rusca lüğət

DABAN I сущ. 1. пятка: 1) задняя часть ступни. Dabanına qədər до пятки, dabanı üstə dönmək повернуться на пятках 2) задняя часть чулка или носка, закрывающая пятку. ətraflı

Author: Obastan; Publisher: Obastan