Çoxdanışan, lağlağı, yanşaq, naqqal. (“Koroğlu” dastanının lüğəti) Sən demə bu yanşaq gəvəzənin biri imiş
Kobud yemək; yanmış kömürdə bişirmək, odda bişirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
fars. giysu Saç, hörük. Sinəyə, sima gərdənə tökülüb gəysuların, Bənzəyir dörd gecəlik göydə aya əbruların
Nişan almaq, oxu gəzinə qoymaq, oxu kərtiyində yerləşdirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Nəşələnmək, qızmaq. (“Koroğlu” dastanının lüğəti) Yenə günlərin bir günündə Düratın nadincliyi tutdu
Pis, alçaq, yaramaz, etibarsız. (“Koroğlu” dastanının lüğəti) Gidi xonkar, qıl başının çarəsin, Koroğlu üstünə dəllərlə gəlib
Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Dastanda plov giləsi ifadəsi də işlənir. Mən bir plov giləsi kimi onun buğuna yapışaram
1. Burulğan. 2. Məcazi mənada: həyatın keşməkeşi, çıxılmaz vəziyyət, ağır qorxulu hal. (“Koroğlu” dastanının lüğəti) İki dərya arasında gəmim var, Çıx
Bax: girdiyar. Sığıl girdikara, tapginən qərar, Zülmə dözüb, səbir eləmək çağıdı. (“Dilsuz və Xəzangül”)
Qat-qat. (“Koroğlu” dastanının lüğəti) Boynunun əti girdin-girdin, bığlar kəl buynuzu kimi. (“Həmzənin Qıratı aparmağı”)
Allah, tanrı. Çox aşıq xəlq etdi qüdrət girdiyar, Olubdu sözləri tamam dildə car, Cəmi hicran çəkən nə ki aşıq var, Mənim kimi dərdə giriftar olmaz
Girəvələmək, fürsət tapmaq, əlverişli vəziyyət axtarmaq. (“Koroğlu” dastanının lüğəti) Girələyib Eyvazın çiyin damarlarını saldı cənginə
1. Pusqu, marıq. 2. Əlverişli vəziyyət, fürsət. (“Koroğlu” dastanının lüğəti) Sənəmin də gözü Koroğluya düşmüşdü
Yaxa. Su duran yerləri sonam göl eylər, Çeşmim yaşı giribandan sel eylər, Bəzirganlar üstümüzdən yol eylər, Onda mənim halım olar yaman, hey!
Tutulmuş, düçar, mübtəla. Qurbaniyə gətir məzə! Dərd üstündə dərdim təzə. Dərd biləni dərd bilməzə, Giriftar eyləmək olmaz
Bax: girəvə. (“Koroğlu” dastanının lüğəti) 1. Keçid. 2. Keçidlərdə, yollarda qar yığını. (“Koroğlu” dastanının lüğəti) Qollarına dəmir polad taxdıran,
Ağlayan, sızlayan, ağlar. Başına döndüyüm, qurvan olduğum, Məni axtarsan, o Kişmirə gəlginən! Yanıf, ataşına giryan olduğum, Məni axtarsan, o Kişmirə
Aşağı rütbəli inzibati işçi. (“Koroğlu” dastanının lüğəti) Dialektlərimizdə bu söz icraçı mənasında işlənməkdədir
Gizləmək feilinin birgəlik növü. (“Koroğlu” dastanının lüğəti) Mərd igidlər bir-biriynən üzləşər, Müxənnətlər kol dibində gizləşər, Qılınc vurram, ya
Gizli. (“Kitabi-Dədə Qorqud” leksikası)
Xəncərşəkilli iri bıçaq. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, bir ac qurdam, Çənlibeldə ağır yurdam, Qan çıxardar indi gordam, Tök malını, get, b
Bax: gavur. (“Koroğlu” dastanının lüğəti) Nə eldirərəm, eldirərəm, Dəlilərə bildirərəm, Haydı səni öldürərəm, Dindən dönmüş govuram mən
Gövdə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: gövtar.
fars. göftar, güftar 1. Danışıq, söhbət. 2. Kəlam, söz. (“Koroğlu” dastanının lüğəti) Qoç igidin bu tövr olur iqrarı, Yarsız necə tutar səbrü qərarı
Göy, səma. (“Kitabi-Dədə Qorqud” leksikası) Göy, mavi. (“Kitabi-Dədə Qorqud” leksikası)
Gömgöy. (“Kitabi-Dədə Qorqud” leksikası)
Gömgöy dağ. (“Kitabi-Dədə Qorqud” leksikası)
Göyərçin. (“Kitabi-Dədə Qorqud” leksikası)
Qeyri-adi gözəl, yeganə gözəl. (“Kitabi-Dədə Qorqud” leksikası)
Kölgəli olan, kölgəsi olan. (“Kitabi-Dədə Qorqud” leksikası)
Mizraq, qarğı, nizə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Gözəllik. (“Kitabi-Dədə Qorqud” leksikası)
Gözəl, yaraşıqlı. (“Kitabi-Dədə Qorqud” leksikası)
Ayağa vurulmuş ipi qırmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Çidar; müxtəlif bağ, bənd və zəncir; heyvanların ayağına vurulan gödək bağ. (“Kitabi-Dədə Qorqud” leksikası)
Qiymətli daş, cəvahir. Yerlə göy yoxkən bir nəzər qıldı, Əritdi gövhəri, dürr eylədi şah... (“Qurbani”)
Qiymətli daş, cəvahir. (“Koroğlu” dastanının lüğəti) Yağı düşmanlardan qisas alaram, Seçibən gövhəri bağlayan mənəm
Gövhər mədəni (yaxşı söz danışan ağız nəzərdə tutulur) (“Koroğlu” dastanının lüğəti) Siz inanın gövhərkana! Hərəniz dönün aslana! Basılmayın bəd düşma
fars. göftar, güftar 1. Danışıq, söhbət. 2. Kəlam, söz. Aşıq olub bu meydana gələnin, Xoş gövtarı, xoş kəlməsi düz gərək
Yaşıl rəng mənasında. (“Koroğlu” dastanının lüğəti) “Kitabi- Dədə Qorqud”da yaşıl sözü işlənməsə də, “Koroğlu”da bir neçə yerdə rast gəlinir
Tünd kül rəngində olan; dərisi göy və üstündə ağ xalları olan (at haqqında). (“Koroğlu” dastanının lüğəti)
Yaşıllıq. (“Koroğlu” dastanının lüğəti) Atdandılar, şəhərdən çıxıf bir meşənin ortasına çatdılar, göyənək, mənzərəli bir guşədə atdan tüşdülər
Kürəkən. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: göygi. (“Kitabi-Dədə Qorqud” leksikası)
Köks sözünün danışıqda işlənən variantı. (“Koroğlu” dastanının lüğəti) Qaşlarının tayı yoxdu cahanda, Açılıb göysündə qar sinən üstə
Hissə, bölmə. (“Koroğlu” dastanının lüğəti) Sən tövlədə hər day üçün qırx gözlü bir axur qayıracaqsan
1. Kiçik göz. 2. Qəşəng göz. (“Kitabi-Dədə Qorqud” leksikası)
Kəşfiyyatçı, casus, xəfiyyə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Qarovulxana, gözətçi üçün yer. (“Koroğlu” dastanının lüğəti) Koroğlu dərhal yaraq-yasağını bağlayıb Qıratı minib yola çıxdı