GİLƏ

Üzümün, narın və s. meyvələrin hər bir dənəsi.

Dastanda plov giləsi ifadəsi də işlənir.

Mən bir plov giləsi kimi onun buğuna yapışaram. (“Abbas”)

GİDİ
GİRDAB FARS
OBASTAN VİKİ
Siyah Gilə
Siyah Gilə (fars. سیاه گله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 238 nəfər yaşayır (81 ailə).
Döş giləsi
Döş giləsi — qadınlarda südün, uşağı qidalandırmaq üçün döşdən gələn laktasiya kanallarından keçməsini təmin edən döşün səthindəki qaldırılmış toxuma sahəsidir. Süd döş giləsindən passiv şəkildə axa bilər və ya kanal sistemi boyunca meydana gələn hamar əzələlərin daralması ilə xaric edilə bilər. Döş giləsi ətrafındakı dəridən daha tünd rəngdə olan areola ilə əhatə olunmuşdur. Qeyri-insanlara istinad edərkən onu çox vaxt məmə ucları adlandırırlar. Əmzik uşaqların qidalandığı qida butulkasının elastik ağız hissəsini təsvir etmək üçün də istifadə edilə bilər. İnsanlarda, həm kişilərin, həm də qadınların döş gilələri cinsi oyanmanın bir hissəsi kimi stimullaşdırıla bilər. Bir çox mədəniyyətlərdə insanların, daha dəqiq desək qadınların döş gilələri cinsiləşdirilir, "… cinsi obyekt hesab edilir və onların fiziki xüsusiyyətləri və seksuallığına görə qiymətləndirilir.
Döş giləsi pirsinqi
Döş giləsi pirsinqi — bədəndə edilən pirsinq növlərindən biridir. Bu pirsinq döş giləsinin mərkəzi hissəsində və hər bir bucaq altında deşilə bilər, lakin adətən onu horizontal və ya şaquli formada etmək daha məqsədəuyğundur. Bundan başqa, döş giləsində bir-birinin üstündə və 1-dən çox pirsinq yerləşdirmək mümkündür. Bəzi insanlar bu növ pirsinqin 1 ilə yaxın müddətə sağaldığını bildirmişdilər. İnsanlar arasında pirsinq üçün tələb son illərdə xeyli artmışdır. == Tarix == Zinət əşyaları ilə tətbiq olunan döş giləsinin perforasiyası tarix boyu müxtəlif insanlar tərəfindən tətbiq edilmişdir. Kişi döş pirsinqi Texasın erkən tarixində mühüm rol oynamış hindu qəbiləsi Karankavalılar tərəfindən, qadın döş pirsinqi isə Əlcəzayirdə yaşayan Kabil xalqı tərəfindən ənənəvi olaraq tətbiq edilir. İlk olaraq bu növ pirsinqi Pretoriyanlar — Roma İmperatorlarının şəxsi mühafizəçiləri istifadə edirdilər. Onlar hesab edirdilər ki, gilədə sırğası olan şəxs cəsarət və igidliyə sahibdir. Pirsinq XIV əsrdən düz 1890-cı ilə kimi, həmçinin Viktoriyan dövründə cəmiyyət, xüsusən də qadınlar arasında çox populyar olur.
Gilədeh (Astara, İran)
Gilədeh (fars. گيلاده‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (124 ailə).
Gilədehkuh (Həştrud)
Gilədehkuh (fars. گله ده كوه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (16 ailə).
Gilədehrud (Həştrud)
Gilədehrud (fars. گله ده رود‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 538 nəfər yaşayır (113 ailə).
Giləhli məscidi
Giləhli məscidi və ya Gileyli məscidi — Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında "Hacı Şəmsəddin bəy məscidi" adı ilə tanınmağa başlayır. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Giləhli məscid də Ümumdünya İrsinə daxildir. == Tarixi == 20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından onun kitabəsi tapılıb. Sonradan kitabə məscidin yaxınlığında bulağın üstünə quraşdırılıb. 1936-cı ildə isə Ələsgərzadə bu kitabəninin foto şəkilini çəkərək, onun haqqında jurnalda yazıb.Sonralar da həmin xəbər və foto-şəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub.
Giləhlik (Xoy)
Giləhlik (fars. قيله ليق‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 645 nəfər yaşayır (98 ailə).
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Gilək dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Giləkcə
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Giləki
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Giləki sinaqoqu
Giləki sinaqoqu — Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən yəhudi icmasının ibadət evi. Sinaqoqun Gilan bölgəsindən gəlmiş mühacirlər tərəfindən inşa edilmiş olduğu düşünülür. Məbədin memarı Gilel ben Xaim olmuşdur. Onun adı sinaqoqun kərpic fasadında həkk edilmişdir. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa lövhə də var, burada isə fərqli tarix — 1857-ci il göstərilmişdir. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilmiş və sinaqoqun qapısının üstünə vurulmuşdur. Dördsütunlu dam üzərində ucalan ensiz, səkkizgüşəli günbəz bu məbədə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi qaynaqlardan məlum olur ki, əvvəllər sinaqoqun yanında bulaq var imiş.
Giləkli (Qürvə)
Giləkli (fars. گيلكلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 442 nəfər yaşayır (101 ailə). Əhalisini kürdlər təşkil edir.
Giləklər
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Giləkəran
Giləkəran — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
Giləmeyvə bitkilər
Giləmeyvə bitkilər — yeməli meyvəsi məişətdə giləmeyvə adlanan çoxillik kol, yarımkol və ot bitkiləridir. Bir giləmeyvə kiçik, ətli meyvədir. Giləmeyvə ümumiyyətlə şirəli, yuvarlaq, parlaq rəngli, şirin, turş olur. Tipik nümunələr çiyələk, moruq, böyürtkən, böyürtkən, qırmızı qarağat, ağ və qara qarağatdır. Giləmeyvə bütün dünyada yeyilir. Bəzi giləmeyvə ticari əhəmiyyətə malikdir. Giləmeyvə sənayesi, ölkələrdə təbii şəraitdə becərilən və ya yetişdirilən giləmeyvə növləri kimi dəyişir. Moruq və çiyələk kimi bəzi giləmeyvələr yüz illərdir yetişdirilir və çöl meyvələrindən fərqlənir, digər giləmeyvələr , yalnız təbiətdə böyüyür. == Ümumi məlumat == Giləmeyvə bitkilərindən ən çox çiyələk, moruq, qarağat, firəngüzümü, böyürtkən, cır mərsin, quşarmudu, aktinidiya və çaytikanı becərilir. Yabanı giləmeyvə bitkilərnin ən əhəmiyyətlisi mərcanı, mərcangilə və qaragilədir.
Giləmeyvəli alma
Giləmeyvəli alma (lat. Malus baccata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şərqi Sibirin cənubunda, cənub-şərqində, Mançjuriyada və Şimali Çində bitir. == Botaniki təsviri == Hündürlüyü 5-10 m-ə çatan, yumru, sıx çətirli, çılpaq, nazik zoğlara malik ağacdır. Yarpaqları ellipsvari və ya yumurtavari, uzunluğu 8 sm, eni 4-4,5 sm, kənarları xırda dişli, ayanın üst səthi parlaq, çılpaq, ucu bizdir. Çiçəkləri ağ, diametri 3,5 sm-ə qədərdir. Meyvələri şarşəkilli, xırda, diametri 1 sm-ə qədər, uzun meyvə saplağına malik, qırmızı və ya sarıdır. Ağacda uzun müddət qalır. == Ekologiyası == Soyuğa, quraqlığa davamlıdır, budanmanı yaxşı keçirir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Giləmeyvəli döyənəkotu
Giləmeyvəli evkalipt
Giləmeyvəli evkalipt (lat. Eucalyptus coccifera) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus alpina R.Br. ex Maiden Eucalyptus coccifera var. parviflora Benth. Eucalyptus coccifera var. viridifolia Summerh. Eucalyptus daphnoides Miq.
Giləmeyvəli qaraçöhrə
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Giləmərzə
Giləmərzə (lat. Mentha pulegium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Makroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır. == Botaniki xarakteristikası == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur.
Gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Giləparqo
Giləparqo — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləpərqo Astara rayonunun Siyəku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində salınmışdır. Oykonimi tədqiqatçılar qələpırqo (TalıŞərq "qoyun surusu otlayan yer, örüş") və ya viləparqo (gul kimi yumşaq, gul kimi təmiz) sözlərinin təhrif olunmuş forması hesab edirlər. Əslində, oykonim giləklərin adı ilə bağlıdır. == Etimologiyası == Coğrafi ad talış dilindəki qələpirqo sözünün təhrif forması olub, "qoyun sürüsü otlayan yer", "örüş" mənasındadır (Giləklərin örüşü).
Gilətağ
Böyük Gilətağ
Giləzi
Giləzi – Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Giləzi kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Giləzi kənd Soveti ləğv edilərək, Giləzi şəhər tipli qəsəbəsi mərkəz olmaqla Giləzi qəsəbə Soveti yaradılmışdır. == Toponimikası == Əsl adının Gilyazı olduğu göstərilir. Tədqiqatçıların fikrincə, oykonim gil və yazı (düzən) sözlərindən düzəlib, "gil torpaqlı düzən" mənasındadır. XIV əsrdə Barmaq dağının yaxınlığında Giləzi adlı yer olduğu göstərilir. 1870-ci ildə kəndin yerində poçt məntəqəsi (çaparxana) vardı. Sonralar poçt məntəqəsi dəmir yolu stansiyasına, daha sonralar isə yaşayış məntəqəsinə çevrilmışdir. Oykonimi "gil çölü, gil düzü" kimi də izah etmək olar. Kəndin yaranmasında Gərmiyan, Upa, Xəl, Gədi kimi hal-hazırda yaşayış olmayan kəndlərin əhalisinin böyük rolu var. == Coğrafiyası və iqlimi == Qəsəbə Bakı şəhərindən 73 km şimalda, Xızı rayonun mərkəzindən 30 km aralıda, Böyük Qafqaz dağları ilə Xəzər dənizi arsında, düzənlikdə yerləşir.

Digər lüğətlərdə