Bax: kəl. (“Koroğlu” dastanının lüğəti) Kal qoşub kotan əkməyən, Nanın süfrəyə tökməyən, Arının qəhrin çəkməyən Balın qədrini nə bilir?
Camış balası. Dialektlərimizdə camışın bir yaşa qədər olan erkək balası belə adlanır. Qarı özün saxlaya bilmədi, başladı Abdullaya yetim kalça kimi ba
Bax: kəllahı. Hər yana gedirsən çağır Allahı, Qatardan üzlüb olma kallahı, Müjdə versin Səlminaza Əmrahı, Bir itkincə qulun bulundu, durna!
fars. kəman Oxatan yay. (“Koroğlu” dastanının lüğəti) Qaşların kamandır, kirpiyin almaz, Hər yandan oxlasan, yaram sağalmaz
Oxatan, oxla silahlanmış. (“Koroğlu” dastanının lüğəti) Kamandar atar oxunu Al eylədim mən çoxunu. Qırat tökər nal-mıxını, Daşdı qalanın yolları
Mədən yeri, mədən; bir şeyin çox olduğu yer; mənbə, məxəz. Dastanlarda “bu dünya” mənasında da işlənir
Mədən yeri, mədən; bir şeyin çox olduğu yer // mənbə, məxəz. (“Koroğlu” dastanının lüğəti) Dastanlarda “bu dünya” mənasında da işlənir
Dastanlarda kan “bu dünya”, məkan “o dünya” mənasında işlənir. Saleh sövdəyər ondan soruşdu: – Oğul, haradan gəlib, haraya gedirsən? Qurbani dedi: – Ə
Bax: kənkan.
fars. kankən Əl ilə quyuqazan, quyuçu. (“Koroğlu” dastanının lüğəti) O, Bayaziddə kankan İrzaqulu deyilən bir kişinin oğluydu
İşə yaramamaq, nəticə hasil olmamaq. (“Koroğlu” dastanının lüğəti) Nizədən də kar aşmadı. (”Koroğlu ilə Dəli Həsən”)
İş, peşə, məşğələ. (“Koroğlu” dastanının lüğəti) Qoç Koroğlu öz karında, Yalan olmaz ilqarında. Çəkib Hələb bazarında, Səni qul deyib sataram
İşə yaramaq. (“Koroğlu” dastanının lüğəti) Tutulur məclisdə igidin yası, Kar görmür qılıncı, polad libası, Gəlib bic əyyamı, namərd dünyası, Mənmi qoc
Bax: kar aşmamaq. (“Koroğlu” dastanının lüğəti) Səhər açılanda Xəlil paşa gördü beləliklə bir kar hasil olmayacaq
Zöhrə ulduzunun digər adı. Dan ulduzuna bənzəyir, çox zaman ondan seçilmir. Bir əfsanəyə görə, onu dan ulduzu hesab edərək yola çıxan karvan çovğuna d
Yunu döyüb basmaqla hazırlanan sıx qalın material. (“Koroğlu” dastanının lüğəti) Dəli Həsən əlini Qıratın belinə çəkib onu tumarladı, keçə yəhəri onun
Keçid. (“Koroğlu” dastanının lüğəti) Aşırımlar aşdılar, keçirimlər keçdilər, özlərini Ruma yetirdilər
Pişik. (“Kitabi-Dədə Qorqud” leksikası)
Ceyran. (“Kitabi-Dədə Qorqud” leksikası)
Böyük. (“Koroğlu” dastanının lüğəti) Axtarın Hələbi, gəzin Misiri, Bağlayın yolları, kəsin cəsiri, Əl-qola bağlayın, tutun əsiri, Səğirin kəbirə qatın
Minik heyvanlarının (adətən, dəvənin) üstündə düzəldilən örtülü yer. (“Koroğlu” dastanının lüğəti) Nigar xanımı atdan düşürüb kəcavəyə mindirdilər
Açıq-şabalıdı rəngdə at. (“Koroğlu” dastanının lüğəti) Özü də, deyirlər, bir kəhər at gətirib, bir kisə də qızıl
fars. kakul 1. Bəzi quşların başında topa şəklində tük; // at və bəzi heyvanlarda qulaqları arasından sallanan tük topası
Bax: kakil.
Əlvan rəngli çöl quşu. (“Koroğlu” dastanının lüğəti) Sıldırım qayalarda xınalı kəkliklər qaqqıldaşırdı
Camışın erkəyi. (“Koroğlu” dastanının lüğəti) Boy uca, kürəklər enli, süysün elədi ki, kəl süysünü kimi
İt, ov iti. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: kalça.
Cinslik kəl. (“Koroğlu” dastanının lüğəti)
Kələ boyda, kələyə oxşayan. (“Koroğlu” dastanının lüğəti) Paşa, Koroğluya kələ-kələlər nə eliyə bilib ki, sənin kimi kərtənkələlər nə eləsin? (“Məhbu
İri kərtənkələ növü. Müslümü yanında saxlayır beş il, O murdar gözləri kələzdən yaşıl. Olaydı bəhməzli bir qazan xaşıl, Hörtdədib tökəydi dağara qarı
Laqqırtı, söz, söhbət, müsahibə, mükalimə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Qıfıl, kilid. (“Kitabi-Dədə Qorqud” leksikası)
fars. kalək Dəyməmiş, yetişməmiş kal qovun // qovunun, yemişin qabığı yaşılımtıl, əti isə bərk olan növü
Kilsə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Özbaşına, azad, sərbəst, özü istədiyi kimi. Adam var, çölləri gəzər kəllahı, Adam var, tanımaz o bir Allahı, Adam var ki, bilməz o, bismillahı, Adam v
Gözü kəlləsində olan (canlı); təpəgöz. Əsli “Kitabi-Dədə Qorqud”a gedib çıxan bu obraza digər dastanlarımızda da rast gəlinir
Boynuyoğun. (“Koroğlu” dastanının lüğəti) Qabağında da bir kəlpeysərin birisi dayanıb. (“Həmzənin Qıratı aparmağı”) * Adlı-sanlı dəlilər hamısı yan-ya
1. İri, qüvvətli. 2. Yaşlı, təcrübəli, dünyagörmüş. (“Koroğlu” dastanının lüğəti) Çənlibeldə dövran quran dəliyəm, Hədyan sözə çox çətindi əyiləm, Ye
Az, əskik. (“Koroğlu” dastanının lüğəti) Qoy aparım, səndən kəm baxsam, bu papaq mənə haram olsun. (“Eyvazın Çənlibelə gətirilməyi”)
Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucu ilməkli uzun ip. (“Koroğlu” dastanının lüğəti) Hay vurram qoşuna tökülər indi, Salarlar boy
Belbağı, kəmər, qurşaq. (“Koroğlu” dastanının lüğəti) Koroğlu kəmərbəndini açdı, paltarını soyundu. Çoban Koroğlunun paltarlarını, Koroğlu isə onunkul
Aciz, yazıq, miskin; alçaq, aşağı. Atam saili kəmtərdi, Qəddim əyib sevgi dərdi. Mənim adım Sənubərdi, Şəmşirimdən aralıyam
Aciz, yazıq, miskin. (“Koroğlu” dastanının lüğəti) Dəli könül almaz öyüt, Qoca bədən olma meyit! Misri qılınc kəmtər igit, Al düşmanı, biç, Eyvazım!
Öz. (“Koroğlu” dastanının lüğəti)
Özümdə. (“Koroğlu” dastanının lüğəti) Əlini mən yar bilmüşəm, Ağayı Qənbər bilmüşəm, Kəndimdə hünər bilmüşəm, Neyçün keçərəm sandan mən?
1. Qadınlar təndir çörəyi yaparkən xəmir taxtasının altına sərdikləri dəridən düzəldilən yayqı, xəmir açarkən yerə sərilən bez və ya dəridən düzəlmiş
Özü. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: kəndi (2-ci mənaya). (“Kitabi-Dədə Qorqud” leksikası)
1. Xidmətçi qız, qulluqçu. 2. Kölə (qadın), cariyə. (“Koroğlu” dastanının lüğəti) Elə ki hamı yatdı, səs-səmir kəsildi, əl-ayaq çəkildi, ayağa durub b