Azərbaycan dilinin frazeologiya lügəti

  • KƏLƏK QURMAQ

    iz azdırmaq, başqalarını aldatmaq üçün gizli plan qurmaq; ~ hiylə gəlmək (işlətmək), kələk gəlmək.

    Tam oxu »
  • KƏLƏYƏ DÜŞMƏK

    hiyləyə aldanmaq; ~ tora düşmək.

    Tam oxu »
  • KƏLƏYƏ SALMAQ

    cəncəlli işə, qalmaqala salmaq; ~ işə salmaq.

    Tam oxu »
  • KƏLƏYİ BAŞ TUTMAMAQ

    planı həyata keçməmək, niyyəti alınmamaq, hiyləsi, kələyi boşa çıxmaq; ~ kələyinin üstü açılmaq.

    Tam oxu »
  • KƏLƏYİ KƏSİLMƏK

    yorulmaq, üzülmək; ~ əldən düşmək, taqətdən düşmək, heydən düşmək, nəfəsi kəsilmək.

    Tam oxu »
  • KƏLƏYİNİ KƏSMƏK

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, əhədini kəsmək, nəf

    Tam oxu »
  • KƏLƏYİNİN ÜSTÜ AÇILMAQ

    bax: üstü açılmaq.

    Tam oxu »
  • KƏLLƏ ATMAQ

    etiraz etmək, narazılıq bildirmək; ~ buynuz çıxarmaq.

    Tam oxu »
  • KƏLLƏ-KƏLLƏYƏ GƏLMƏK

    döyüşmək, vuruşmaq; toqquşmaq, mübahisə etmək, dirəşmək; ~ baş-başa gəlmək.

    Tam oxu »
  • KƏLLƏÇARXA ÇIXMAQ

    ifrat həddə çatmaq, həddi aşmaq, həddən artıq çox olmaq; ~ kəlləçarxa vurmaq.

    Tam oxu »
  • KƏLLƏÇARXA VURMAQ

    bax: kəlləçarxa çıxmaq.

    Tam oxu »
  • KƏLLƏNİ YERƏ ATMAQ

    yatmaq, tez yuxuya getmək.

    Tam oxu »
  • KƏLLƏNİ YERƏ QOYMAQ

    1. Yıxılıb yatmaq, yuxulamaq.  2. Ölmək (pis adam haqqında).

    Tam oxu »
  • KƏLLƏPAÇA SUYUNDAN ÖTRÜ HÖVSANA GETMƏK

    mənasız, kiçik bir işdən ötrü uzağa gedən, heç nəyə görə böyük məsafə qət edən adamlar haqqında işlədilən ifadə

    Tam oxu »
  • KƏLMEYİ-ŞƏHADƏTİ OXUNMAQ

    haqqında mənfi qərar verilmək, məsələsi həll olunmaq; ~ kitabı bağlanmaq, işi bitmək, fatihəsi oxunmaq (verilmək)

    Tam oxu »
  • KƏLMƏ KƏSMƏK

    danışmaq, söhbətləşmək, ünsiyyətə girmək.

    Tam oxu »
  • KƏLMƏSİNİ AĞZINDA QOYMAQ

    bax: sözünü kəsmək.

    Tam oxu »
  • KƏM BAXMAQ

    pis nəzərlə baxmaq, bədxahcasına yanaşmaq.

    Tam oxu »
  • KƏMƏNDƏ DÜŞMƏK

    tutulmaq, ilişmək, dolaşmaq, hiylənin qurbanı olmaq; ~ ələ keçmək, tələyə düşmək, tora düşmək, pəncəsinə keçmək, pəncəsinə düşmək

    Tam oxu »
  • KƏMƏNDƏ KEÇMƏK

    bax: kəməndə düşmək.

    Tam oxu »
  • KƏMƏNDƏ SALMAQ

    hiylə ilə tutmaq; ~ tora salmaq.

    Tam oxu »
  • KƏMƏR BAĞLAMAQ

    ayıq-sayıq olmaq, əmrə hazır vəziyyətə gəlmək; hazır olmaq, müntəzir dayanmaq.

    Tam oxu »
  • KƏMƏRBƏSTƏ DURMAQ

    əmrə müntəzir dayanmaq, hazır durmaq.

    Tam oxu »
  • KƏMƏRİ SIXMAQ

    qənaət etməyə başlamaq; məhrumiyyətlərə hazır olmaq; ~ toqqanı sıxmaq.

    Tam oxu »
  • KƏMƏRİN ALTINI BƏRKİTMƏK

    bax: toqqanın altını bərkitmək.

    Tam oxu »
  • KƏMSİYİNİ ÇEYNƏMƏK

    hirsindən, qəzəbindən boğulmaq, bərk hirslənmək, qəzəblənmək.

    Tam oxu »
  • KƏMSİYİNİ QIRMAQ

    həddi keçmək; ~ həddini aşmaq.

    Tam oxu »
  • KƏNAR DURMAQ

    bir işə qarışmamaq, qoşulmamaq, iştirak etməmək, məsuliyyətdən qaçmaq; ~ əlini çəkmək, yaxasını qırağa (kənara) çəkmək, özünü qırağa (kənara) çəkmək,

    Tam oxu »
  • KƏNAR GƏZMƏK (DOLANMAQ)

    özünü uzaq tutmaq, yaxınlıq göstərməmək, əlaqəni kəsmək; ~ kandarına ayaq basmamaq.

    Tam oxu »
  • KƏNARA ÇƏKİLMƏK

    məsuliyyət altına girməmək, uzaq durmaq; ~ başını ağrıtmamaq.

    Tam oxu »
  • KƏNARA ÇIXMAQ

    1. Əsas məsələdən, söhbətdən və s.-dən uzaqlaşmaq.  2. Qaydalara riayət etməmək, həddi keçmək.

    Tam oxu »
  • KƏNARA QOYMAQ

    nəzərə almamaq, diqqət yetirməmək; başqa bir məsələyə vaxt ayırmaq.

    Tam oxu »
  • KƏNDİRİ KƏSİLMƏK

    uğursuzluqla üzləşmək; planları alt-üst olmaq.

    Tam oxu »
  • KƏNDİRİNİ KƏSMƏK

    bax: ipini kəsmək.

    Tam oxu »
  • KƏNƏK QOZ

    bax: cökə pazı.

    Tam oxu »
  • KƏSDİYİ BAŞA SORĞU-SUAL YOXDUR

    böyük səlahiyyət sahibi olmaq, çox ötkəm və nüfuzlu olmaq.

    Tam oxu »
  • KƏSDİYİ ÇÖRƏYİ TAPDALAMAQ (AYAQLAMAQ)

    nankorluq etmək, yaxşılığa pisliklə cavab vermək; ~ çörəyi dizinin üstündə olmaq, çörəyi itirmək.

    Tam oxu »
  • KƏSƏK OTURUB DAŞ ÜÇÜN AĞLAYIR

    özünün vəziyyəti ağır olduğu, öz dərdinə çarə qıla bilmədiyi halda ondan güclü olan başqalarının dərdinə ağlayan adamlar haqqında kinayə ilə işlədilən

    Tam oxu »
  • KƏSƏRDƏN DÜŞMƏK

    kütləşmək, korşalmaq; öz kəskinliyini, təsir gücünü itirmək; ~ gücdən düşmək.

    Tam oxu »
  • KƏSİLƏ-KƏSİLƏ QALMAQ

    bir şey edə bilmədiyi üçün daxili əzab və iztirab keçirmək, nə edəcəyini bilməmək; qərar verməkdə çətinlik çəkmək; ~ xırtdaya-xırtdaya qalmaq, qırıla-

    Tam oxu »
  • KƏSİLƏN BAŞIN SAÇI ÜÇÜN AĞLAMAQ

    faydasız, mənasız işlə məşğul olmaq, böyük bir problemi qoyub əhəmiyyətsiz işin arxasınca getmək.

    Tam oxu »
  • KƏSİLİB ATILAN DIRNAĞINA DA DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Tam oxu »
  • KƏSMƏDİYİ BAŞ QALMAYIB

    əzazil, qəddar, mərdimazar adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • KİÇİK ÇİLLƏNİN OĞLAN VAXTI

    qışın ən soyuq çağı.

    Tam oxu »
  • KİF ATMAQ (BAĞLAMAQ)

    üstü kiflə örtülmək, kiflənmək.

    Tam oxu »
  • KİM KİMƏDİR

    heç kimin vecinə deyil, heç kimi maraqlandırmır; hərc-mərclik, qarışıqlıq, dolaşıqlıq, özbaşınalıq haqqında işlədilən ifadə

    Tam oxu »
  • KİMİN ƏLİNİN KİMİN CİBİNDƏ OLDUĞU BİLİNMƏMƏK

    hakimiyyətsizlik, qarışıqlıq, xaos, qeyri-müəyyənlik; ~ ara qarışmaq, ara qarışdı, məzhəb itdi, it yiyəsini tanımır

    Tam oxu »
  • KİN SAXLAMAQ

    kinli olmaq, ədavəti unutmamaq; ~ ədavət bəsləmək.

    Tam oxu »
  • KİRDARDAN DÜŞMƏK

    artıq heç bir işə yaramamaq, yararsız hala gəlmək.

    Tam oxu »
  • KİRDARI GƏLMƏMƏK

    hövsələsi çatmamaq, səbri, həvəsi olmamaq.

    Tam oxu »