Azərbaycan dilinin frazeologiya lügəti

  • QULAĞI SƏSDƏ OLMAQ

    bir şeyin intizarında olmaq, bir xəbər gözləmək.

    Tam oxu »
  • QULAĞI SƏSƏ DÜŞMƏK

    bax: qulağına səs dəymək.

    Tam oxu »
  • QULAĞIM SƏNDƏDİR

    məşğul olsa da, birisini dinlədiyini, diqqətinin onda olduğunu bildirmək üçün işlədilən ifadə.

    Tam oxu »
  • QULAĞIN MƏNDƏ OLSUN

    birisinin diqqətini öz söhbətinə cəlb etmək üçün işlədilən ifadə.

    Tam oxu »
  • QULAĞINA ÇATDIRMAQ

    bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitdirmək, bildirmək; ~ xəbər vermək.

    Tam oxu »
  • QULAĞINA ÇATMAQ

    bir hadisə barədə xəbərdar olmaq.

    Tam oxu »
  • QULAĞINA DƏYMƏK

    ötəri eşitmək; ~ qulağı çalmaq.

    Tam oxu »
  • QULAĞINA GİRMƏMƏK

    təsir etməmək, saymamaq, qəbul etməmək, əhəmiyyət verməmək; ~ məhəl qoymamaq.

    Tam oxu »
  • QULAĞINA İNANMAMAQ

    eşitdiklərinin doğru olduğuna şübhə etmək.

    Tam oxu »
  • QULAĞINA PAMBIQ (BARMAQ) TIXAMAQ

    qulaq asmaq istəməmək, eşitmək istəməmək, deyiləni qəbul etməmək; ~ qulaqardına vurmaq.

    Tam oxu »
  • QULAĞINA SƏS DƏYMƏK

    irəlidə olacaq və ya meydana gələcək bir şey haqqında eşitmək; ~ qulağı səsə düşmək.

    Tam oxu »
  • QULAĞINA SÖZ GİRMƏMƏK

    sözə qulaq asmamaq, deyilənə əməl etməmək.

    Tam oxu »
  • QULAĞINDA QALMAQ

    unutmamaq, həmişə xatırlamaq.

    Tam oxu »
  • QULAĞINDA SIRĞA ETMƏK (OLMAQ)

    həyat təcrübəsindən, sınaqdan çıxmış hikməti, hansısa vacib bir xəbərdarlığı, tövsiyəni və s.-ni unutmamaq, ayıq-sayıq olmaq; ~ yadda saxlamaq

    Tam oxu »
  • QULAĞINDAN PAMBIĞI ÇIXARMAQ

    ayılmaq, qəflətdən oyanmaq, reallığı görmək, düşünmək.

    Tam oxu »
  • QULAĞINI BURMAQ

    cəzalandırmaq; ~ qulaqburması vermək.

    Tam oxu »
  • QULAĞINI DALAMAQ

    1. Təsadüfən özü haqqında xoşagəlməyən söz eşitmək.  2. Kiminsə danışığında yerinə düşməyən, dil qaydalarına uyğun olmayan söz və ya ifadədən qıcıqlan

    Tam oxu »
  • QULAĞINI DEŞMƏK

    yanlış bir sözü, zərərli bir fikri və ya eyni şeyi dönə-dönə eşitmək; xoşlamadığı ifadan, səsdən qıcıqlanmaq; ~ qulağını yağır eləmək

    Tam oxu »
  • QULAĞINI DOLDURMAQ

    bir fikri kiməsə təlqin etmək, bir şeyi davamlı deməklə inandırmağa çalışmaq; ~ beyninə yeritmək.

    Tam oxu »
  • QULAĞINI SALLAMAQ

    anlamamaq, deyilən sözü qanmamaq, irad və ya nəsihətə reaksiya verməmək.

    Tam oxu »
  • QULAĞINI SAZA VERMƏK

    saymamaq, əhəmiyyət verməmək, deyilənə məhəl qoymadan başqa işlə məşğul olmaq.

    Tam oxu »
  • QULAĞINI YAĞIR ELƏMƏK

    bax: qulağını deşmək.

    Tam oxu »
  • QULAĞININ ARDINI (DALINI, DİBİNİ) GÖRƏR

    bax: boynunun ardını görər.

    Tam oxu »
  • QULAĞININ DİBİ SARALMAQ

    vəziyyəti ağırlaşmaq, ölümü yaxınlaşmaq; ~ qulağının dibindən halva iyi gəlir.

    Tam oxu »
  • QULAĞININ DİBİNDƏ

    lap yaxında, bir addımlığında; ~ əl uzatsan, çatar (yetər), ağzının içində.

    Tam oxu »
  • QULAĞININ DİBİNDƏN HALVA İYİ GƏLİR

    ölümü yaxınlaşan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • QULAĞININ KAR YERİNƏ SALMAQ

    özünü eşitməyən kimi göstərmək; eşitməmək.

    Tam oxu »
  • QULAQ ASMAQ

    1. Dinləmək.  2. Deyilənə əməl etmək, deyiləni qəbul etmək, fikir vermək; ~ sözə baxmaq.

    Tam oxu »
  • QULAQ KƏSİLMƏK

    diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək.

    Tam oxu »
  • QULAQ KƏSMƏK

    aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq.

    Tam oxu »
  • QULAQ VERMƏK

    dinləməyə, eşitməyə çalışmaq; ~ qulaqlarını şəkləmək.

    Tam oxu »
  • QULAQARDINA VURMAQ

    deyilənə qulaq asmamaq, ciddi qəbul etməmək, əhəmiyyət verməmək; ~ qabırğasının qalın yerinə salmaq.

    Tam oxu »
  • QULAQBURMASI VERMƏK

    cəzalandırmaq, tənbeh etmək; ~ qulağını burmaq.

    Tam oxu »
  • QULAQLARA KEÇƏ TƏPDİRMƏK

    oyanmağa, maariflənməyə mane olmaq, qəflətdə, cəhalətdə saxlamaq.

    Tam oxu »
  • QULAQLARA QURĞUŞUN

    arzu edilməyən və ya adı çəkilmək istənilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə; ~ şeytan qulağı kar olsun

    Tam oxu »
  • QULAQLARI TUTULMAQ

    karlıq yaranmaq, eşitməmək; bərk səs-küydən narahat olmaq; ~ baş-beyni getmək.

    Tam oxu »
  • QULAQLARINI ŞƏKLƏMƏK

    bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək; ~ qulağı darı dəlmək, qulaq vermək.

    Tam oxu »
  • QULLUĞUNDA DAYANMAQ (DURMAQ)

    hər istək və tapşırığını yerinə yetirmək; ~ xidmət göstərmək, qulluq göstərmək.

    Tam oxu »
  • QULLUQ GÖSTƏRMƏK

    bax: qulluğunda dayanmaq (durmaq).

    Tam oxu »
  • QULP QOYMAQ

    bax: qəmiş qoymaq.

    Tam oxu »
  • QULPUNDAN ÇIXAN

    imkanı, gücü çatan qədər, bacardığı qədər.

    Tam oxu »
  • QUM GÖYƏRƏNDƏ

    heç vaxt, heç zaman; ~ keçi ağaca çıxanda, dəvənin quyruğu yerə dəyəndə.

    Tam oxu »
  • QUMDA EV TİKMƏK

    zəmin, bünövrə yaratmadan, möhkəm əsas, təməl qoymadan bir iş görmək.

    Tam oxu »
  • QURANA ƏL BASMAQ

    əlini Quran kitabı üstünə qoyaraq and içmək, vəd vermək və ya dediyinin doğru olduğuna başqalarını inandırmaq; ~ çörəyə əl basmaq

    Tam oxu »
  • QURANDAN DON GEYİNMƏK

    Qurana dönə-dönə and içmək; özünü dürüst və imanlı göstərmək.

    Tam oxu »
  • QURBAĞA GÖLÜNƏ DAŞ ATMAQ

    sakitləşdirmək, tam sakitlik hökm sürmək.

    Tam oxu »
  • QURBAN DEMƏK

    çətin bir işin uğurlu alınması üçün Allah yolunda heyvan kəsib paylamağı əhd etmək.

    Tam oxu »
  • QURBAN GETMƏK

    kiminsə və ya nəyinsə uğrunda canından keçmək.

    Tam oxu »
  • QURBAN OLSUN ...

    nəyinsə və ya kiminsə xatirinə güzəştə getmək, bağışlamaq məqamında işlədilən ifadə.

    Tam oxu »
  • QURBAN VERMƏK

    qarşıya qoyulan məqsədə çatmaq üçün özünün və ya başqasının malından, canından keçmək.

    Tam oxu »