is. Sabitlik, davamlılıq, möhkəmlik. // Səbat, mətanət, dözüm
sif. 1. Dayanığı olmayan, möhkəm olmayan; mətanətsiz, səbatsız, dözümsüz. Dayanıqsız adam. 2. Sabit olmayan; davamsız, keçici, sürəksiz
is. 1. Dayanığı, mətanəti, səbatı, dözümü olmama; mətanətsizlik, səbatsızlıq, dözümsüzlük. 2. Davamsızlıq, qeyri-sabitlik, keçicilik, sürəksizlik
is. Dayanma, durma tərzi
“Dayanmaq1”dan f.is
“Dayanmaq2”dan f.is
zərf Durmadan, ara vermədən, arası kəsilmədən. Yağış dayanmadan yağır. Dayanmadan qışqırmaq. – Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə gül
f. 1. Hərəkətsiz hala düşmək; hərəkətini, işini saxlamaq. Kim isə zəncirləri yerə atır. Dəzgah xırp dayanır
f. 1. Dayaq etmək, dayamaq, söykənmək. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb dayanır yastıqlara
sif. Dayanmayan, durmayan, arası kəsilməyən, ara verməyən
is. Dayanmayan, arası kəsilməyən şeyin halı
1. sif. Dərinliyi az olan, çox da dərin olmayan (dərin ziddi). Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü
sif. Az dayaz, dayazlığı az olan. Dayazca çay. Çayda dayazca bir yer tapıb keçdik
sif. Dayaz düşünən, səthi düşünən, işin əsil mahiyyətini, dərinliyini düşünə bilməyən; dardüşüncəli. Dayazfikirli adam
is. Dayazfikirli adamın hal və keyfiyyəti; dardüşüncəlilik
“Dayazlamaq”dan f.is
f. Dayaz şəklə düşmək. Torpaq töküb çuxuru dayazladı
“Dayazlandırılmaq” dan f.is
məch. Dayaz hala salınmaq
“Dayazlandırmaq”dan f.is
f. Dayaz hala salmaq; dayazlaşdırmaq. Quyunu qumla dayazlandırmaq
“Dayazlanmaq”dan f.is
f. Dərinliyi azalmaq, dayaz olmaq
f.sif. Dayaz hala gətirilmiş, dərinliyi azaldılmış; dayazlaşdırılmış
“Dayazlaşmaq”dan icb
“Dayazlaşmaq”dan f.is
f. Dayaz hala düşmək; getdikcə dayaz olmaq, dərinliyi azalmaq
f.sif. Dayaz hala gəlmiş, dərinliyi azalmış
“Dayazlatmaq”dan f.is
icb. Dayaz hala saldırmaq; dayazlaşdırmaq
is. 1. Çayda, göldə, dənizdə dayaz yer, dərinliyi az olan yer. Dayazlıqda üzən qazlar. Sahildə əmələ gələn dayazlıqlar
is. Biryaşar erkək at balası. Qaşqa dayça. – Heç kəsin ağlına gəlməzdi ki, bu arıq və kifir dayça böyüyüb gözəl bir at olacaq
sif. Yanında balası olan. Dayçalı at
is. Uşaq dilində: dayı. [Səttar:] … sabah anan məni Kürdəxanıya daydaygilə aparacaq… Ə.Məmmədxanlı
is. [fars.] 1. Uşağa baxan, uşağa qulluq edən qadın; mürəbbiyə. O zaman dayə, Əli ilə bərabər gəzməyə getmək istəyirdi
is. Dayənin işi, vəzifəsi. Dayəlik etmək
is. 1. Ananın qardaşı. 2. Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir
is. Ananın qardaşı arvadı
is. Hörmət və nəzakət əlaməti olaraq dayıarvadına verilən ad və müraciət. [Ana:] …Dur, onlara gedək, oğul, dayıdostun böyük tədarük görüb
is. Dayıoğlunun arvadı, dayının gəlini
is. Ananın qardaşı qızı. [Səfi bəy:] Sağ ol, dayıqızı! S.S.Axundov
is. Ögey dayıqızı, dayının ögey qızı
sif. 1. Dayısı olan. 2. məc. dan. Havadarı, himayəçisi, tərəfdarı olan (adətən mənfi mənada)
is. Ögey dayı
is. Dayıoğlunun, ya dayıqızının övladı, dayının nəvəsi
is. Ananın qardaşı oğlu
is. Ögey dayıoğlu, dayının ögey oğlu
is. Dayının oğlu, ya qızı
is. At balası (altı aylıqdan iki yaşa qədər)
sif. Yanında balası (daylağı) olan. Daylaqlı madyan