Azərbaycan dilinin izahlı lüğəti

  • DİKYARPAQLI

    sif. Yarpaqları dik duran. Dikyarpaq(lı) ağaclar

    Tam oxu »
  • DİQQƏT

    is. [ər.] 1. Fikrin, yaxud görmə və eşitmə qüvvəsinin bir obyektə tərəf yönəlməsi və onun ətrafında cəmlənməsi

    Tam oxu »
  • DİQQƏTCİL

    sif. Artıq dərəcədə diqqətli, çox diqqətli. Diqqətcil adam

    Tam oxu »
  • DİQQƏTCİLLİK

    is. Diqqətcil adamın xassəsi

    Tam oxu »
  • DİQQƏTƏLAYİQ

    sif. Diqqət verilməyə layiq olan; çox maraqlı. Şəhərin diqqətəlayiq yerləri. Diqqətəlayiq hadisə. – [N

    Tam oxu »
  • DİQQƏTƏŞAYAN

    [ər. diqqət və fars. …şayan] bax diqqətəlayiq. Nə könül doydu, nə göz gül üzünə baxmaqdan; Öylə ki, əksi-rüxün diqqətəşayandı sənin

    Tam oxu »
  • DİQQƏTLƏ

    zərf Diqqət edərək, ciddi fikir verərək, diqqət yetirərək. [Müdir] …bir Zeynala, bir də diqqətlə Mehribana baxdı

    Tam oxu »
  • DİQQƏTLİ

    sif. 1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən

    Tam oxu »
  • DİQQƏTLİLİK

    is. 1. Diqqət göstərmə, diqqətli olma; diqqət. 2. Ehtiyatlılıq

    Tam oxu »
  • DİQQƏTSİZ

    sif. 1. Diqqətini, fikrini cəmləşdirə bilməyən; huşsuz. Diqqətsiz şagird. Diqqətsiz adam. 2. İşinə diqqətlə baxmayan, işinin yaxşı və səliqəli olmasın

    Tam oxu »
  • DİQQƏTSİZCƏSİNƏ

    zərf Diqqətsizliklə, başısoyuqluqla

    Tam oxu »
  • DİQQƏTSİZLİK

    is. 1. Diqqətsiz adamın hal və keyfiyyəti. Onun diqqətsizliyinə adam təəccüb qalır. 2. İşə diqqət göstərməmə, başısoyuq yanaşma; başısoyuqluq

    Tam oxu »
  • DİL

    is. 1. anat. İnsan və onurğalı heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən, insanda isə, əlavə

    Tam oxu »
  • DİL₂

    is. [fars.] klas. Ürək, könül, qəlb. Müjdə, ey dil, ki səni görməyə canan gəldi. Ə.Nəbati. Ey dil, baxırmısan gölü dərya bilənlərə

    Tam oxu »
  • DİL-AĞIZ

    is. Üzrxahlıq mahiyyətində olan sözlər. □ Dil-ağız etmək (eləmək) – üzrxahlıq mahiyyətində xoş sözlər söyləmək, yaxud xoş sözlər söyləyərək mehribanlı

    Tam oxu »
  • DİL-DƏLALƏT

    bax dəlalət

    Tam oxu »
  • DİL-DİŞ

    top. Ağızdakı dil və dişlər. ◊ Dildə-dişdə dolaşdırmaq – yaymaq, dillərə salmaq. …Solmaz öz xəstə yatağında belə, Şiraslanı mülahizə edir, onu səsə-kü

    Tam oxu »
  • DİL-DODAQ

    top. Ağızdakı dil və dodaqlar. ◊ Dil-dodağı kilidlənmək – danışmağa qüdrəti olmamaq, lallaşan kimi olmaq

    Tam oxu »
  • DİLALTI

    sif. anat. Dilin altında olan. Dilaltı sinir

    Tam oxu »
  • DİLARA

    sif. [fars.] şair. Ürəkaçan, könülaçan, dilbər; sevgili (klassik şeirdə gözəlin epitetlərindən biri)

    Tam oxu »
  • DİLARAM

    [fars.] bax dilara. Taki sən getdin yanımdan, ey dilaramım mənim; Haləti-vəslin könüldə pasiban qıldı mənə

    Tam oxu »
  • DİLARXASI

    sif. dilç. Dilin arxa hissəsi ilə arxa damağın bir-birinə yaxınlaşması nəticəsində əmələ gələn. Dilimizdəki q, ğ, k, x səsləri dilarxası səslərdir

    Tam oxu »
  • DİLAVƏR

    sif. [fars.] 1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb … dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi

    Tam oxu »
  • DİLAVƏRANƏ

    [fars.] bax dilavərcəsinə

    Tam oxu »
  • DİLAVƏRCƏSİNƏ

    zərf Qəhrəmancasına, qoçaqcasına, mərdcəsinə. Dilavərcəsinə hərəkət

    Tam oxu »
  • DİLAVƏRLƏNMƏ

    “Dilavərlənmək”dən f.is

    Tam oxu »
  • DİLAVƏRLƏNMƏK

    f. Dilavər olmaq, cəsarətlə danışmaq

    Tam oxu »
  • DİLAVƏRLƏŞMƏK

    f. Daha cəsarətli olmaq, ürəklənmək, qoçaqlaşmaq

    Tam oxu »
  • DİLAVƏRLİK

    is. 1. İgidlik, cəsarət, qoçaqlıq, mərdlik. Dilavərlik göstərmək. 2. Dillilik, gözəl danışmaq qabiliyyəti, danışmaqda mahirlik

    Tam oxu »
  • DİLAVİZ

    sif. [fars.] klas. Ürəyi cəlb edən, ürəyə yapışan, ruhu oxşayan, xoşagələn. Buxağı bərgi-gül, zülfü dilaviz; Dəhanı mirvarid xəzinəsidir

    Tam oxu »
  • DİLAYRI

    sif. Ayrı dildə danışan, ayrı millətdən olan. Mən onu dinləyirəm böyük iş meydanında; O yerdə ki arzusu böyük həqiqət olur; Dilayrı bacının da, dilayr

    Tam oxu »
  • DİLAZAR

    sif. [fars.] İnsafsız, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz, könülincidən, könülə cəfa verən (klassik şeirdə adətən gözəlin epitetlərindən biri)

    Tam oxu »
  • DİLAZARLIQ

    is. İnsafsızlıq, rəhmsizlik, şəfqətsizlik, mərhəmətsizlik

    Tam oxu »
  • DİLBAŞ

    is. bayt. Xüsusilə qaramalda baş verən xəstəlik. Mal dilbaş olub

    Tam oxu »
  • DİLBAZ

    sif. [fars.] klas. Ürəkaçan, dilbər, dilara

    Tam oxu »
  • DİLBƏDİL

    zərf klas. Dil-dilə, səmimiyyətlə, sədaqətlə. Tutmuş idim səri-kuyində mənzil; Gecə-gündüz danışırdım dilbədil

    Tam oxu »
  • DİLBƏR

    sif. [fars.] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin. – Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edird

    Tam oxu »
  • DİLBƏRANƏ

    [fars.] şair. bax dilbərcəsinə. Ey dilbəranə tərzdə cövlan edən çocuq. M.Ə.Sabir

    Tam oxu »
  • DİLBƏRCƏSİNƏ

    zərf Dilbər kimi, dilbər ədası ilə

    Tam oxu »
  • DİLBƏRLİK

    is. Gözəllik, canalıcılıq

    Tam oxu »
  • DİLBƏSTƏ

    sif. [fars.] klas. Könlü bağlı, ürəyi bağlı; aşıq, vurğun

    Tam oxu »
  • DİLBİLƏN

    sif. və is. Düşüncəli, yolbilən, təcrübəli. Bahardır, nə bilir zövqü hər naşı; Çağır dilbiləni, yarı, yoldaşı

    Tam oxu »
  • DİLBİLMƏZ

    sif. və is. Başa düşməyən, anlamayan, söz qanmayan, gec başa düşən. Dilbilməzin bir sözü; Sinəmdə qəm bağladı

    Tam oxu »
  • DİLBİLMƏZLİK

    is. Başa düşməməzlik, söz qanmamazlıq

    Tam oxu »
  • DİLBİR

    sif. və zərf Sözü, fikri, sirri bir; əlbir, həmrəy, həmfikir. [Xudayar bəy:] Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram

    Tam oxu »
  • DİLBİRLİK

    is. Söz birliyi, fikir birliyi, həmrəylik; sözləşmə

    Tam oxu »
  • DİLCAVABI

    zərf və sif. Şifahi, ağızdan. Macəranın təfsilini, inşallah, özüm gələndə dilcavabı nağıl edərəm. C.Məmmədquluzadə

    Tam oxu »
  • DİLCİK

    is. Kiçik dil. // Dilə oxşar çıxıntı. Ayanın qına keçən hissəsində pərdəşəkilli dilcik adlanan çıxıntı olur

    Tam oxu »
  • DİLCİKVARİ

    sif. Dilciyə (kiçik dilə) oxşayan

    Tam oxu »
  • DİLÇƏ

    is. Kiçik dil; dil şəklində olan şey, alət və s

    Tam oxu »