Azərbaycan dilinin izahlı lüğəti

  • DİLÇƏK

    is. 1. Ağız boşluğunda üst damağın dal tərəfində konusşəkilli çıxıntı. □ Dilçəyi gəlmək – dilçəyi şişmək

    Tam oxu »
  • DİLÇİ

    is. Dilçilik alimi, dilçilik mütəxəssisi; dilşünas

    Tam oxu »
  • DİLÇİLİK

    is. Dil haqqında elm; dilşünaslıq

    Tam oxu »
  • DİLDADƏ

    sif. və is. [fars.] klas. Birisinə könül vermiş, vurulmuş, ürəyini bağlamış; məftun, vurğun, aşiq. Dildadələrin dadrəsi, yavəri sənsən

    Tam oxu »
  • DİLDALAYAN

    is. bot. Mal yemi kimi işlədilən beşyarpaqlı ot bitkisi

    Tam oxu »
  • DİLDAR

    [fars.] Bax dilbər. Şəmsəddin elində, Tovuz çayında; Gözüm bu gün bir dildarə düşübdür. Aşıq Dilğəm. Mənə əvvəlcə özün yar oldun; Sevgilimsən deyə, di

    Tam oxu »
  • DİLDARLIQ

    is. köhn. Təsəlli, təskinlik. □ Dildarlıq vermək – arxayın etmək, təskinlik vermək. Məmmədbağır ona dildarlıq verirdi: – Əsmər, sən mənə inan!… Mən al

    Tam oxu »
  • DİLDAŞ

    is. Eyni dildə danışanlardan hər biri, eyni dildə danışan adam. …Vətənin, həmcinslərin, həmvətənlərin və dildaşların təəssübü fərzdir, necə ki avropal

    Tam oxu »
  • DİLDƏN-DİLƏ

    zərf Ağızdan-ağıza, ağızlardan, camaatın ağzından, başqalarından. Hicran, əgərçi görməmişəm mübtəlaların; Dildən-dilə eşitmiş idim macəraların

    Tam oxu »
  • DİLDÖNMƏZ

    is. ədəb. Aşıq şeir formalarından biri (bu şeir formasında sözlər elə seçilir ki, dil səsləri, demək olar ki, iştirak etmir)

    Tam oxu »
  • DİLÉMMA

    [yun.] İki mümkün (adətən arzu olunmayan) şeydən birini seçmə zərurəti

    Tam oxu »
  • DİLETÁNT

    is. [fr.] Xüsusi hazırlığı, sistematik biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəskar

    Tam oxu »
  • DİLETANTLIQ

    is. Xüsusi hazırlığı, biliyi olmadan bu və ya digər elm, ya sənətlə məşğul olma; həvəskarlıq. // Bir şeyə səthi münasibət

    Tam oxu »
  • DİLƏFKAR

    sif. və is. [fars.] klas. Könlü yaralı; dərdli, fikirli

    Tam oxu »
  • DİLƏFRUZ

    sif. [fars.] klas. Ürəkaçan, sevindirən, sevimli

    Tam oxu »
  • DİLƏK

    is. İstək, arzu, xahiş, tələb, təmənna. Onların da var biz kimi ürəyi; Bir arzusu, bir eşqi, bir diləyi

    Tam oxu »
  • DİLƏKLİ

    sif. Diləyi olan, təmənnası olan; arzulu. Bir diləkli min ürəklə; Alqış deyir bütün dillər. S.Vurğun

    Tam oxu »
  • DİLƏKSİZ

    sif. Heç bir diləyi, təmənnası, arzusu, istəyi olmadan

    Tam oxu »
  • DİLƏKSİZLİK

    is. Heç bir diləyi, təmənnası, arzusu, istəyi olmama

    Tam oxu »
  • DİLƏMƏ

    “Diləmək”dən f.is

    Tam oxu »
  • DİLƏMƏK

    f. Arzu etmək, istəmək. Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər. M.Ə.Sabir. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə la

    Tam oxu »
  • DİLƏNÇİ

    is. 1. Dilənmək yolu ilə dolanan adam; yolçu. [Şamama Cadu:] Doğrusu budur ki, mən dilənçi … deyiləm

    Tam oxu »
  • DİLƏNÇİLƏŞDİRİLMƏ

    “Dilənçiləşdirilmək” dən f.is

    Tam oxu »
  • DİLƏNÇİLƏŞDİRİLMƏK

    məch. Dilənçi halına salınmaq

    Tam oxu »
  • DİLƏNÇİLƏŞDİRMƏ

    “Dilənçiləşdirmək” dən f.is

    Tam oxu »
  • DİLƏNÇİLƏŞDİRMƏK

    f. Dilənçi halına salmaq, bütün var-yoxundan məhrum etmək

    Tam oxu »
  • DİLƏNÇİLƏŞMƏ

    “Dilənçiləşmək”dən f.is

    Tam oxu »
  • DİLƏNÇİLƏŞMƏK

    f. Dilənçi halına düşmək, bütün var-yoxu əlindən çıxmaq

    Tam oxu »
  • DİLƏNÇİLİK

    is. Dilənçinin peşəsi; yolçuluq. Xeyr, bu dilənçilik sifətini mən sizdə ehtimal eləmirəm. C.Məmmədquluzadə

    Tam oxu »
  • DİLƏNÇİPAYI

    is. Dilənçiyə verilən pul və s.; sədəqə

    Tam oxu »
  • DİLƏNDİRMƏ

    “Diləndirmək”dən f.is

    Tam oxu »
  • DİLƏNDİRMƏK

    icb. Dilənməyə məcbur etmək, dilənçi halına salmaq, dilənməsinə səbəb olmaq

    Tam oxu »
  • DİLƏNMƏ

    “Dilənmək”dən f.is

    Tam oxu »
  • DİLƏNMƏK

    f. 1. Dilənçilik etmək, yolçuluq etmək; sədəqə yolu ilə özgədən pul, çörək və s. istəmək. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərsən bir evdə, pakizə d

    Tam oxu »
  • DİLƏZBƏR

    is. Əzbər, yadda saxlama. □ Diləzbər etmək (eyləmək) – yadda saxlamaq, heç vaxt yaddan çıxarmamaq. Söyləyim sözlərim, eylə diləzbər; Şirin nəsihətim q

    Tam oxu »
  • DİLƏZBƏRİ

    is. Əzbər, yadda saxlama. □ Diləzbər etmək (eyləmək) – yadda saxlamaq, heç vaxt yaddan çıxarmamaq. Söyləyim sözlərim, eylə diləzbər; Şirin nəsihətim q

    Tam oxu »
  • DİLFİKAR

    [fars.] klas. bax diləfkar. Görəsənmi, yarəb, hansı dilfikar; Bu şəmirüxsarın pərvanəsidir? Ə.Nəbati

    Tam oxu »
  • DİLFİRİB

    sif. və is. [fars.] klas. Məftunedici, valehedici, canalıcı, füsunkar; gözəl. Billah ki, bu dilfirib mənzil; Öylə mənə verdi rahəti-dil

    Tam oxu »
  • DİLGİR

    sif. [fars.] köhn. Ürəyisınıq, narazı, incik, dilxor, pərt. Mən bir belə mövsümdə bahar axşamı dilgir; Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir

    Tam oxu »
  • DİLGİRLİK

    is. köhn. Ürəyisınıqlıq, narazılıq, inciklik, dilxorluq, pərtlik

    Tam oxu »
  • DİLGÜŞA

    sif. [fars.] klas. Ürəkaçan, könülaçan, fərəhverən, səfalı, şən. Niqabın üzdən aç, ey gül; Kim, olsun dilgüşa məclis

    Tam oxu »
  • DİLXAH

    is. [fars.] köhn. 1. Arzu, istək, könlün istədiyi şey. [Güləndam:] İndi buna kələk qur, onun başın piylə, dilxahını əmələ gətir, özün qal aralıqda ava

    Tam oxu »
  • DİLXƏSTƏ

    sif. [fars.] klas. Qəlbiqırıq, ürəyiincik, qəmli, kədərli. Ey səba, mən aşiqi-dilxəstədən ol yarə var; Bülbüli-zarın dilindən gülşənü gülzarə var

    Tam oxu »
  • DİLXOR

    sif. və zərf [fars.] Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus. Məmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor qoydu getdi evinə

    Tam oxu »
  • DİLXORÇULUQ

    dan. bax dilxorluq. [Qasım:] Hə, bir az dilxorçuluqdur. S.Rəhman

    Tam oxu »
  • DİLXORLUQ

    is. Pərtlik, inciklik, məyusluq, əhval pozğunluğu. Araya dilxorluq salmaq. – Pirinin dilxorluğu bir anda sovuşdu

    Tam oxu »
  • DİLXOŞ

    sif. [fars.] Ürəyi şad, fərəhli, razı, məmnun

    Tam oxu »
  • DİLXOŞLUQ

    is. 1. Şadlıq, fərəh, sevinc, məmnunluq. Atası da dilxoşluq ilə oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edirdi

    Tam oxu »
  • DİLXUN

    sif. [fars.] klas. Ürəyi qanlı, qəlbi yaralı, çox kədərli, çox dərdli. □ Dilxun etmək (qılmaq) – ürəyini yaralamaq, çox kədərləndirmək, çox dərdləndir

    Tam oxu »
  • DİLİ-ZAR

    [fars.] klas. şair. Ürəyi dağlı, ürəyi yaralı. Qıldı kənar zülfünü rüxsariyardən; Verdi nəsimi-sübh dili-zardan xəbər

    Tam oxu »