Azərbaycan dilinin izahlı lüğəti

  • HƏLLOLUNMAZ₁

    sif. Həll oluna bilməyən, yaxud həlli çox çətin olan. Həllolunmaz məsələ. – Sanki Şirzadı, yaxud Salmanı seçmək [Pərşan] üçün həllolunmaz bir müşkülə

    Tam oxu »
  • HƏLMƏŞİK

    sif. Horra halında olan, qatı, qəliz. Həlməşik kütlə. – İsti su götürdükdə nişasta yapışqanlaşaraq həlməşik təbəqə əmələ gətirir

    Tam oxu »
  • HƏM...

    [fars.] Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir; məs

    Tam oxu »
  • HƏM

    bağl. [fars.] 1. Üstəlik, dəxi, …da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq

    Tam oxu »
  • HƏMAĞUŞ

    zərf [fars.] Bir-birini qucaqlamış halda, qucaqlaşaraq. □ Həmağuş olmaq – bir-birini qucaqlamaq, qucaqlaşmaq

    Tam oxu »
  • HƏMAHƏNG

    sif. və zərf [fars.] Birbirinə uyan, uyğun (səslər, rənglər və s. haqqında). Həmahəng səslər. – …Oynayanlar kütləsinin həmahəng hərəkəti ilə [Mirzağa]

    Tam oxu »
  • HƏMAİL

    is. [ər.] 1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Kor

    Tam oxu »
  • HƏMAN

    bax haman

    Tam oxu »
  • HƏMAVAZ

    sif. və zərf [fars.] Səsləri birbirinə uyğun; həmahəng. □ Həmavaz olmaq – səs-səsə vermək. Gah eyləyibən sürudlər saz; Bülbüllərə oldular həmavaz

    Tam oxu »
  • HƏMAVAZLIQ

    is. Səslər arasında uyğunluq, ahəng; həmahənglik

    Tam oxu »
  • HƏMBAB

    sif. [fars.] dan. Bir-birinə uyğun, münasib, bab. // məc. Sevgili, məhbubə. Könlümün sevdiyi gözəl həmbabı; Zülfləri bənd edib on dörd kitabı

    Tam oxu »
  • HƏMCİNS

    is. [fars. həm və ər. cins] 1. Bir cinsdən olan, cinsi bir olan; eynicinsli. Həmcins heyvanlar. 2. Bir cinsə, bir qövmə mənsub olan, eyni cinsdən, eyn

    Tam oxu »
  • HƏMCİNSLİK

    is. Bir cinsdən olma

    Tam oxu »
  • HƏMÇƏKİ

    sif. Çəkisi bir olan, eyni ağırlıqda, çəkidə olan

    Tam oxu »
  • HƏMÇİNİN

    bağl. [fars.] 1. Habelə, …da (…də), həm, həm də. Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı

    Tam oxu »
  • HƏMD

    is. [ər.] din. Şükür, təşəkkür, minnətdarlıq. İşimiz boş danışıq, həmdü sənadır, demədim? Ay baba, işlərimiz xeyli fənadır, demədim? C

    Tam oxu »
  • HƏMD-SƏNA

    is. [ər.] din. Allaha səna və təşəkkür, minnətdarlıq, razılıq. [Dərviş Ruqiyyəyə:] Bunların hamısının əvəzində Allah səni yetirdi və mən də “bəsdi” de

    Tam oxu »
  • HƏMDƏM

    is. [fars.] Yaxın yoldaş, yaxın dost, sirdaş. Hardasız, ey şad keçən dəmlərim; Hardasız, ey sevgili həmdəmlərim? A

    Tam oxu »
  • HƏMDƏMLİK

    is. Yaxın yoldaşlıq, sirdaşlıq, yaxın dostluq, çox yaxınlıq. Həmdəmliyim ilə ar qılma; Məndən nifrəti şüar qılma

    Tam oxu »
  • HƏMDƏRD

    is. [fars.] Dərdləri bir olan adamlardan hər biri, birilə bir dərddə olan. [Leyla xanım:] Həmdərdik, qardaş, qorxma, sözünü de… N

    Tam oxu »
  • HƏMDƏRS

    is. [fars. həm və ər. dərs] Bir sinifdə və ya bir yerdə oxuyan

    Tam oxu »
  • HƏMDİN

    is. [fars. həm və ər. din] Eyni dinə mənsub adamlardan hər biri; dindaş

    Tam oxu »
  • HƏMƏQİDƏ

    sif. və zərf [fars. həm və ər. əqidə] Eyni əqidədə olan; həmməslək. Rzaquluxan ilə həməqidə olan müsyö Lui də … İran səfərinə hazırlaşmaqda idi

    Tam oxu »
  • HƏMƏL

    is. [ər.] Ərəb astronomiyasında Qoç bürcünün adı. Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxana Novruz bayra

    Tam oxu »
  • HƏMƏN

    [fars.] 1. əvəz. Həmin, haman, o. [Cavad bəy:] Elə işlərin üstündə həmən adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində… N

    Tam oxu »
  • HƏMƏSR

    is. [fars. həm və ər. əsr] Bir əsrdə, bir dövrdə yaşamış və ya yaşayan, bir-birinin müasiri; çağdaş, əsrdaş

    Tam oxu »
  • HƏMFİKİR

    is. və sif. [fars. həm və ər. fikr] Eyni fikirdə olan, fikirləri, görüşləri, rəyləri bir olan; həmrəy, həmməslək, məsləkdaş

    Tam oxu »
  • HƏMHƏMƏ

    is. Pıçıltı, pıç-pıç. Həmhəmə başlayır div ilə pəri; Qorxudan qan olur xalqın ciyəri. Şəhriyar

    Tam oxu »
  • HƏMHÜDUD

    sif. [fars. həm və ər. hüdud] Sərhədləri bir olan; yan-yana, bitişik, yapışıq olan; həmsərhəd. Həmhüdud dövlətlər

    Tam oxu »
  • HƏMHÜQUQ

    sif. [fars. həm və ər. hüquq] Eyni hüquqa, bərabər hüquqa malik olan; bərabərhüquqlu. Bütün xalqlar həmhüquqdurlar

    Tam oxu »
  • HƏMHÜQUQLUQ

    is. Eyni hüquqa, bərabər hüquqa malik olma; bərabərhüquqluluq

    Tam oxu »
  • HƏMXANA

    is. [fars.] Bir evdə, bir mənzildə yaşayan adamlardan hər biri; qonşu, mənzil qonşusu. Həmxanası qarşı evdən baxaraq; Rübabəyə zilləmişdi gözünü

    Tam oxu »
  • HƏMXASİYYƏT

    is. və sif. [fars. həm və ər. xasiyyət] Eyni xasiyyətdə olan, xasiyyətcə bir olan. Atı at yanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar

    Tam oxu »
  • HƏMİ

    bax həm. Həmi sağdan, həmi soldan; Zənbur kimi sancdı birə. Aşıq Ələsgər. [Cahan Əsgərə:] Allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavans

    Tam oxu »
  • HƏMİN

    [fars.] Yaxında olan bir şeyi, ya şəxsi göstərmək üçün işlədilən əvəzlik. Həmin qəzet. Həmin tələbə. – Sən bilirsən, mənim yaşım azdır; Anadan olduğum

    Tam oxu »
  • HƏMİŞƏ

    zərf [fars.] Daima, hər vaxt, hər zaman. O, həmişə adamlardan uzaq gəzir. – [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır

    Tam oxu »
  • HƏMİŞƏBAHAR

    is. [fars.] 1. bot. İlin bütün fəsillərində çiçək açan cır qızılgül növü. Saib saxsıdakı yeni açmış həmişəbaharı məzar üzərinə qoyub geri çəkilər

    Tam oxu »
  • HƏMİŞƏCAVAN

    1. bax həmişəyaşıl. Enliyarpaq çinarlar, həmişəcavan ağaclar xiyabanın yaraşığıdır. – Ağaclar lütləşmiş olsa da, həmişəcavanlar onu gizlədə bilirdilər

    Tam oxu »
  • HƏMİŞƏKİ

    sif. və zərf 1. Həmişə olan, hər vaxt olan; hərvaxtkı, adi. Həmişəki qayda. Həmişəki iş. – Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki

    Tam oxu »
  • HƏMİŞƏLİK

    zərf Vaxtı məhdud olmadan, müddətsiz, əbədi, daim(i). Dağda meşəlik; Gül, bənövşəlik; Mən həmişəlik; Bu balama qurban

    Tam oxu »
  • HƏMİŞƏYAŞIL

    sif. bot. Bütün ili yarpaqla (və ya iynəyarpaqla) örtülü. Həmişəyaşıl ağaclar

    Tam oxu »
  • HƏMİYYƏT

    is. [ər.] Vətən, ailə qeyrəti, namus, təəssüb. Min elm deməkdənsə həmiyyət gərək olsun; Sözdən nə bitər, işdə həqiqət gərək olsun

    Tam oxu »
  • HƏMİYYƏTLİ

    sif. Həmiyyət sahibi olan; qeyrətli, namuslu, təəssübkeş. Bu kəndin adamları istəyiblər, … özlərini Astaranın qeyrətli və həmiyyətli adamlarına oxşats

    Tam oxu »
  • HƏMKAR

    is. [fars.] Biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət, ixtisas yoldaşı. Veys yanını stula təzəcə qoymuşdu ki, həmkarlarının

    Tam oxu »
  • HƏMKƏNDLİ

    is. Bir kənddə doğulmuş, orada yaşamış və ya yaşayan (adam). Həmkəndliləri ilə görüşmək. Şəhərdə həmkəndlisinə rast gəldi

    Tam oxu »
  • HƏML

    is. [ər.] klas. Yük, ağırlıq. ◊ Həml etmək – 1) isnad etmək, izah etmək, yazmaq, aid etmək, səbəbini bir şeydə görmək

    Tam oxu »
  • HƏMLƏ

    is. [ər.] Hücum, üzərinə atılma. Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş … yatağına girdi

    Tam oxu »
  • HƏMMƏCLİS

    is. [fars. həm və ər. məclis] Bir yerdə oturub-duran, məclis yoldaşı olan; həmnişin. Hər kəs [Lütfəli bəylə] bir, ya iki dəfə həmməclis və həmsöhbət o

    Tam oxu »
  • HƏMMƏHƏLLƏ

    sif. və is. [fars. həm və ər. məhəllə] Eyni məhəllədə doğulmuş, yaşamış və ya yaşayan. Həmməhəllə uşaqlar

    Tam oxu »
  • HƏMMƏNA

    sif. [fars. həm və ər. məna] Eynimənalı, birmənalı, mənası başqa sözün mənası ilə eyni olan. Həmməna söz

    Tam oxu »