is. Qonaqlığı, ziyafəti, məclisi idarə edən adam; tamada. Gecənin dodaqları gülümsəyirdi; Masabəyi sevinclə: – İçin! – deyirdi
is. Masabəyinin işi, vəzifəsi; tamadalıq
[fr.] Müalicə və ya kosmetik məqsədlə bədəni və ya onun bir yerini əllə sığallama, sürtmə, ovuşdurma
is. Masaj edən tibb işçisi
“Masajlamaq”dan f.is
f. Masaj etmək
“Masajlanmaq”dan f.is
məch. Masaj edilmək
is. Nağıl, hekayə. Qışın oğlan zamanı; Ağca masal söylərsən. Ə.Cavad. Kim yanılıb deyir: ömür masaldır; Bir şirin uyqudur, bir boş xəyaldır? M
sif. 1. Masanın üstünə salınmağa, qoyulmağa məxsus; stolüstü. Masaüstü lampa. 2. məc. Daim istifadə edilən, əl altında olan, çox lazım olan; stolüstü
qoş. [ər.] köhn. Qeyri, başqa, əlavə, o birisi. …Padşahın hüzurunda nədimlərdən masəva böyük möbid dəxi olurdu ki, cəmi ülumə xəbərdar idi
[fr. əsli ər. məsxərə-dən] 1. Tanınmamaq üçün üzə taxılan və göz üçün deşikləri olan xüsusi örtük. Maska taxmış pəhləvan
“Maskalamaq”dan f.is
f. 1. Bir adamın və ya bir şeyin üzünə maska taxmaq, maska keçirtmək. 2. Bir şeylə üstünü örtmək, gizlətmək; görünməz, ətraf mühitdən seçilməz hala sa
“Maskalanmaq”dan f.is
f. 1. Maska taxılmaq, maska keçirilmək. 2. Bir şeylə üstü örtülmək, gizlədilmək; görünməz, seçilməz hala salınmaq
sif. Üzündə maska olan; maska taxmış, maska geymiş. Maskalı uşaq
[fr. mascarade, əsli ər. məsxərədən] İştirakçıları xüsusi maskalar taxmış və cürbəcür qəribə və fantastik, yaxud keçmiş dövrlərin paltarlarını geymiş
is. [fr.] Pəncərə və qapı açırımlarında, fəvvarələrdə, həmçinin mebel, qab və s. bədii tərtibatında tətbiq olunan insan sifəti və ya heyvan başı şəkli
is. [ing.] Ay səthində yerləşib, kütlə sıxlığı böyük olan hissələr
is. [ər.] İstehza, ələ salma, dolama, rişxənd, gülmə. Ancaq bəziləri masqara üçün sonralıqca vərdiş etdiklərindən [Süleyman bəyə] “Mirzə Süleyman bəy”
sif. və is. [ər. məsxərə və fars. …baz] Meydan teatrı aktyoru, təlxək, məzkərəçi, gülüş ustası. Masqarabaz adam
is. Masqara etmək xasiyyəti, masqara etmə; rişxəndçilik
bax masqarabaz. Burada hər kəs … eyni zamanda masqaraçı, oyunçu, məzhəkəçidir. M.S.Ordubadi
bax masqarabazlıq. Bunlar da eyni məzhəkəçilik və eyni masqaraçılıqda iştirak edirdilər. M.S.Ordubadi
is. [fars. mastxurə] Kiçik kasa, kiçik piyalə. Masqurada bir az pendir, bir az doşab vardı. C.Cabbarlı
is. [fr.] XVIII əsrin əvvəllərində Fransada yaranmış dini-etnik hərəkatın üzvü
[fr.] 1. coğr. Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə. Tyan-şan massivi
[yun.] 1. Cürbəcür məqsədlər üçün işlədilən müxtəlif tərkibli qəliz maddə. 2. Döşəməyə sürtmək üçün tərkibində mum və boya olan maddə
is. [yun.] tib. Döş vəzisinin iltihabı, döşgəlmə
is. bot. Lobya
is. Ocaqdan od və ya qızmar bir şeyi götürmək üçün metal alət. Vaqif arabir buxarını maşa ilə qurdalayırdı
“Maşalamaq”dan f.is
f. Maşa ilə qurdalamaq. Ocağı maşalamaq
[ər.] “Allah gözdən saxlasın”, “afərin”, “mərhəba” kimi mənalarda bəyənmə və tərif bildirir. [Mirzə:] Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşa
[fr. əsli lat.] 1. Enerjini bir şəkildən başqa şəklə salmaq yolu ilə hər hansı bir faydalı iş görən mexanizm və ya mexanizmlər toplusu
is. 1. bax maşinist. 2. Maşında işləyən fəhlə. Gənc maşınçı, nasosu yağlayan yaşlı bir arvad və Şəfiqə dayanmış nasosu gözdən keçirirdilər
is. Maşınçının işi, sənəti; maşinistlik. [Gülüş Atakişiyə:] Mən səni dəmir yolunda maşınçılıq kurslarına yazdıracağam, gedərsinizmi? C
is. [lat. machina və fars. …xanə] Maşınların olduğu bina, maşınlar işləyən yer. Mexaniki zor ilə maşınxanadan kənara çıxartdılar
[rus.] 1. bax pilətə. Rüstəm kişi … maşınkanı yandırıb qazanı onun üstünə qoydu. M.İbrahimov. Kəramət ətə soğan qatıb, kotletlik hazırlamağa başladıqd
is. 1. Maşınqayırma sənayesi işçisi. 2. bax maşınqayırma
is. Maşın emalı, maşın istehsalı. Maşınqayırma zavodu. Maşınqayırma sənayesi
“Maşınlamaq”dan f.is
f. 1. Tikiş maşınında tikmək. Paltarı maşınlamaq. 2. Maşınla qırxmaq. [Qarakişi:] Gəldim ki, bir başımı maşınlayasan, ay Yusif! B
“Maşınlanmaq”dan f.is
məch. 1. Tikiş maşınında tikilmək. Köynək maşınlanıb. 2. Maşınla qırxılmaq
“Maşınlaşdırılmaq”dan f.is
məch. İstehsalata maşınlar, mexanizmlər tətbiq edilmək
“Maşınlaşdırmaq”dan f.is
f. İstehsalata maşınlar, mexanizmlər tətbiq etmək, istehsalatı mexanizmləşdirmək. İstehsal proseslərini maşınlaşdırmaq