AĞAZAMAN
AĞAZƏKİ
OBASTAN VİKİ
Ağazeynal Qurbanzadə
Ağazeynal Alı oğlu Qurbanzadə (12 mart 1938, Astara) — Coğrafiya elmləri doktoru, professor. == Həyatı == Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin "Coğrafiya" ixtisasına daxil olmuş, 1962-ci ildə "İqtisadi coğrafiya" ixtisası üzrə başa vurmuşdur. 1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A. Qurbanzadə 1974-cü ildə "Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi" mövzusunda namizədlik, 2006-cı ildə isə "Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A. Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. 1996–2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) "Coğrafiya və ekologiya" kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində "Coğrafi ekologiya" laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır.
Ağazeynal A.Qurbanzadə

Ağazeynalabdin Tağıyev
Tağıyev Ağazeynalabdin Sadıq oğlu — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutunu bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Toxuculuq sənətini dərin mənimsəmək üçün Londona getmişdi. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər.