BƏYƏNDİRMƏK

icb.
1. Birinə bir şeyi, yaxud bir çox şeyləri göstərərək aralarından birini seçdirməyə, qəbul etdirməyə çalışmaq. Ona hər şeyi bəyəndirmək çox çətindir.
2. Xoşuna gəlməsinə, bəyənməsinə çalışmaq, məziyyətlərini qəbul və təqdir etdirmək.
…Hər ikisi keçmiş igidliklərindən söyləyir, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı. A.Şaiq.
Onların hər ikisi özünü Mahruya bəyəndirmək üçün gündə bir neçə libas geyir və bir neçə qiyafətə girirdi. M.S.Ordubadi.

BƏYƏNDİRMƏ
BƏYƏNİLMƏ

Digər lüğətlərdə