BƏZƏN
BƏZL
OBASTAN VİKİ
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. == Məzmun == Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəliklər
(A) — Vəba
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəlikləri
(A) — Vəba
Bəziləri bu istini sevir (film, 1959)
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Bəziləri isti sevir (film, 1959)

Bəzin (Xudabəndə)
Bəzin (fars. بزين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,754 nəfər yaşayır (433 ailə).
Bəzir karxanası
Ordubad rayonunun Biləv kənd sakini Əsədov Əsəd Kərəm oğlunun (1925-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə, Biləv kəndinin yaxınlığında, Yalqızaq deyilən yerdə “Gümüş ağılı”, “Mahmud ağılı” adı ilə tanınan ərazidə daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin, bu ərazidə Qarovulxana, Arpaçuxuru, Südyolu adlandırılan bölgədə də daş karxanalarının fəaliyyət göstərməsi haqqında məlumatlar vardır. Rayonun Tivi kənd sakini Qurbanov Nağı Tağı oğlunun (1935-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə isə, Tivi kənd ərazisinə aid olan, lakin vaxtilə Sürcü kəndi kimi tanınan bölgədə “Bəzir” karxanası adı ilə tanınan daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Bu mərkəzdə istehsal olunan məhsullar üçün daş xammalı ən çox Qalxana dağından kəsilərək gətirilmişdir. == Mənbə == Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan:Əcəmi, 2017, 187 s.
Bəzirgan
Bəzirgan — tacir. Bəzirgan (aşırım) — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m.
Bəzirgan (aşırım)
Bəzirgan aşırımı — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m. Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.
Bəzirganaqili
Bəzirganaqili - 1590-cı ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı Bəzirgan - tacir sözündəndir.
Bəzirgansu
Bəzirgansu — Laçın rayonunda çay. Həkəri çayının sol qoludur. Üzünluğu 9 km. Çay öz mənbəyini Bəzirgan aşırımından aldığı üçün belə adlandırılmışdır.
Bəzirxana
Bəzirxana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zar kənd Sovetindən Vəzirxana kəndi Əli Bayramlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Azərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kotan toxumu" mənasında işlənir. Oykonim "kətan vağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olmuşdur. Digər bir yerli məlumata görə bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür.
Bəzirxana (Şörəyel)
Bəzirxana — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.1590-cı ildən mə'lumdur Rayon mərkəzindən 11 km məsafədə, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında yerləşir. == Toponimi == Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı "bəzir" sözünə xana sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur. Azərbaycan dilində keçmişdə zəyərək bitkisindən alınan və çiraqda yandırılan yağa bəzir deyilirdi. Bu yağ kətan yağı da adlanırdı. Bəzirxana "bəzir yağı istehsal olunan yer" mə'nasındadır. Məsələn, 1727-ci ilə aid mənbədə Sisyan nahiyəsinin Dulus, Pirnaqut, Dəstəgird və b. kəndlərində bəzirxanaların olduğu qeyd olunmuşdur Azərbaycanda Qax rayonunda Vəzirçal dağının, Tərtərçayın sol qolu Bəzirxana çayının, XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Bəzirxana kəndinin adları ilə eynidir.
Bəzirxana abidəsi
Bəzirxana abidəsi — Sədərək rayonunun Sədərək kəndinin şimal-qərbində, Köhnə Kərki kəndi yaxınlığında orta əsrlərə aid karxana-arxeoloji abidə. 1960-cı illərdə burada yerin altından nəhəng zəyərək daşı tapılmışdır. Mütəxəssislərin fikrincə, XII əsrə aid edilən, diametri 3 m-dən artıq olan və dəyirman daşı formasında hazırlanmış həmin daşdan Bəzirxanada müxtəlif bitkilərin, xüsusilə zəyərəyin yağını çıxarmaq üçün istifadə edilmişdir. Bu məqsədlə Bəzirxana daşı, yaxud zəyərək daşı adlanan həmin daş qoşqu heyvanı vasitəsilə hərəkətə gətirilirdi. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 43.
Bəziləri isti sevir
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.

Digər lüğətlərdə