BAŞKƏSƏN

sif.
1. Cəllad, insan qatili, xunxar; vəhşi, yırtıcı, dələduz.
[Salman:] Mən o evyıxanları, o başkəsənləri deyirəm ki, sərhədləri, ölkələri, okeanları aşıb, quzğun kimi tökülüblər Koreyaya. Mir Cəlal.

2. məc. dan. İnsafsız, zalım, çox bahacıl adam haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞKƏSƏN cəllad — xunxar — yırtıcı — vəhşi — dələduz
  • BAŞKƏSƏN insafsız — zalım
  • BAŞKƏSƏN başkəsən bax 1. cəllad; 2. zalım
BAŞIYUXARI
BAŞQA

Digər lüğətlərdə