BALIQQULAĞI

is. Müxtəlif onurğasız heyvanların üz tərəfi, adətən buynuz təbəqədən, iç tərəfi isə sədəf təbəqədən ibarət olan örtü hissəsi, qabığı. Sahildə balıqqulağı topladıq. Balıqqulağından hazırlanmış bəzək şeyləri.
– Sarayın darvazası qarşısında … gözmuncuqları və balıqqulaqları ilə bəzənmiş boynu zınqırovlu dəvələr durmuşdu. Çəmənzəminli.

// Tərkibi balıqqulaqlarından ibarət olan daş.
Əlvan balıqqulağı gözəl tikinti malıdır. Mir Cəlal.
[Hümmət] taxta parçalarından düzələn köhnə komanı sökərək, onun yerinə balıqqulağı daşlardan … bir ev tikib düzəltmişdi. S.Rəhimov.

BALIQİÇİ
BALIQLI
OBASTAN VİKİ
Balıqqulağı rezonansı
Uşaqlıqda elə düşünərdik ki, balıqqulağı suvenirini qulağımıza yaxınlaşdırdığımız zaman yaranan səs — "okeanın və ya dənizin səsi"dir, əslində, elə deyil. Balıqqulağı boşluğunda rezonans hasil edilən səda — ətraf mühitdə olan səs-küylərdi. Fincanı və ya ovcunuzu qulağınıza yaxınlaşdırmaqla oxşar effekti suvenirsiz də yaratmaq mümkündür. Bundan savayı, həmin səs insan bədənində damarlardan axan qanın və ya qulağımızın içində nəql olan havanın səsidir.
Balıqqulağı (əhəng daşı)
Balıqqulağı (əhəng daşı) - əsasən bütöv və xırdalanmış mollyuska və braxiopod qabıqlarından ibarət olur. Adətən sahilboyu zonada əmələ gəlir.
Burun balıqqulağı sümüyü

Digər lüğətlərdə