BARATA

I
(Qazax)
mirat (ölmüş adamın paltarı və ya şeyləri). – Qulamalı yolda ölüf, baratasını gətdilər
II
(Çənbərək, Qarakilsə, Salyan, Zəngilan)
iz, nişanə. – Ay çovan, qoynu canavar yeyif, bə niyə baratasın çıxartmırsaη (Çənbərək); – Quzunu canavar yeseydi, baratası tapılardı (Zəngilan); – Canavar yiyən heyvanın baratası qalar (Salyan); – Baratanı tapsaydı, aparıp verərdi yə:sinə (Qarakilsə)
III
(Naxçıvan)
palçıq layı. – Barata kəsdim, vırdım dufara
IV
(Cəbrayıl)
köhnə, istifadə olunmuş
V
(Cəbrayıl)
bax balata II
BARAT
BARATDAMAĞ
OBASTAN VİKİ
Larissa Barata
Larissa Barata (d. 30 mart 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Larissa Barata 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Larissa Barata 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Fernanda Kavaliyeri, Jennifer Oliveyra və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Barataşvili körpüsü
Barataşvili körpüsü (gürc. ბარათაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Avlabari rayonunu Qədim Tbilisi ilə birləşdirir. 1960-cı illərin arxitekturasına uyğundur. == Yerləşir == Körpü Barataşvili küçəsinin girəcəyində yerləşir. Körpüdən Tbilisi Beynəlxalq Hava Limanına qısa yol keçir. Körpüdən yuxarı axar boyunca Saarbuken, aşağı axar üzrə isə Sülh körpüləri yerləşir. Körpü yaxınlığında Gürcüstan Mərasim Sarayı yerləşir. == Adı == İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Murxan körpüsü adlanırdı. Bu hissədə knyaz Baqration-Murxanskiyə məxsus saray olmuşdur.
Nikolaz Barataşvilinin ev-muzeyi
Nikolaz Barataşvilinin ev-muzeyi (gürc. ნიკოლოზ ბარათაშვილის სახლ-მუზეუმი) — Gürcüstanın Tiflis şəhəri, Çuxruxadze küçəsi 17 ünvanında yerləşən mədəmiyyət müəsissəsi. Ev-muzeydə «Mədəniyyət dialoqu» proqramı çərçivəsində musiqi və şeir gecələri, sərgilər, kitab təqdimatları keçirilir, mədəniyyətlərarası görüşlər təşkil edilir. «Kiçik nəsillər» adlı ədəbi müsabiqə keçirilir. == Ekspozisiya == Muzeyin ekspozisiyası erkən vəfat etmiş görkəmli gürcü romantik şairi Nikoloz Barataşvilinin (1817—1845) həyatına və yaradıcılığına həsr olunumuşdur. Muzey fonduna 2 min eksponad daxildir (şəxsi əşyaları, foto materiallar, təsviri və qrafik işlər, əlyazmalar, köhnə mebellər və s.) Muzey təşkil olunarkən muzey zallarının dizayn tərzi Barataşvilinin yaşadığı dövrü əhatə edən bir atmosfer yaratmaq cəhdi edildi. Model olaraq Ekaterina Cavcavadzenin ev muzeyi istifadə edildi. Onun sevgisinə görə görkəmli gürcü şairi öz işini ona həsr etmişdir. == Tarixi == Muzey 31 oktyabr 1982-ci ildə klassik Gürcüstan ədəbiyyatının fəal iştirakı Nodar Dumbadzenin rəhbərliyi altında açılır. Muzeyin açıldığı XIX əsrin sonuncu dörddə birində inşa edilən tarixi bina Barataşvilinin yaşadığı dövrün elementlərini qoruyur.
Nikoloz Barataşvili
Nikoloz Melitonoviç Barataşvili (gürc. ნიკოლოზ მელიტონის ძე ბართაშვილი; 27 dekabr, 1817, Tiflis −21 oktyabr, 1845, Gəncə) — gürcü şairi. == Həyatı == Nikoloz Barataşvili 27 dekabr 1817-ci ildə Tiflisdə anadan olmuşdu. Anası adlı-sanlı gürcü knyazı Zurab Orbelianinin qızı idi. Dayısı Qriqol Orbeliani də gürcü romantik ədəbiyyatının əsas simalarındandır. Maraq üçün deyək ki, Q. Orbeliani də 1829-cu ildə bir müddət Naxçıvanda ezamiyyətdə olmuşdur. Nikoloz rus, fransız və alman dillərini təhsil aldığı pansionda əla öyrənmişdi. Ən çox sevdiyi müəllimi Solomon Dodaşvili Gürcüstanın tanınmış maarifçilərindən idi. Sankt-Peterburq Universitetini bitirmiş Solomon 1832-ci ildə yaradılmış gizli cəmiyyətin üzvü idi. O da istəyirdi ki, Gürcüstan azad, müstəqil ölkə olsun.
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. == Mənbə == === Ədəbiyyat === Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.

Digər lüğətlərdə