battle1
n 1. döyüş, vuruş, savaş, dava; the Battle of Waterloo Vaterlo döyüşü / vuruşu; ~ of Chaldran Çaldıran döyüşü / vuruşu; to fight a battle vuruşmaq, döyüşmək; to join ~ döyüşə / vuruşa / davaya qoşulmaq, to refuse ~ döyüşdən / vuruşdan / savaşdan / vuruşmadan imtina etmək; 2. mübarizə; the ~ of life həyat / yaşamaq uğrunda mübarizə; to fight one’s ~ öz inamı / marağı uğrunda mübarizə aparmaq
battle2
adj döyüş, vuruş; dava, savaş; ~ scene döyüş / vuruş / dava / savaş səhnəsi; ~ area cəbhə rayonu; vuruş / döyüş meydanı; ~ losses döyüşdə verilmiş itkilər; ~ dress döyüş geyimi / paltarı
◊ half the ~ nailiyyətin / müvəffəqiyyətin rəhni; to fight smb.’s ~s for him bir kəsə görə davaya girişmək; The battle is to the strong Qələbə güclülərin tərəfində olur
battle3
v 1. vuruşmaq, döyüşmək; to ~ against the wind küləyə qarşı getmək; 2. mübarizə aparmaq; to ~ for the title of champion çempion adı uğrunda mübarizə aparmaq