BAŞMAQLI sif. Başmaq geymiş, ayaqlarında başmaq olan. Arvad, kişi, oğlan, qız; Gön çarıqlı, başmaqlı; Gedir qoruq-qaytaqsız; Gəlin, qızlar yaşmaqlı. A.Səhhət. Ortaboylu, arıq, başmaqlı bir kişi məsciddən çıxıb gəldi. Mir Cəlal.