BAŞISOYUQLUQ

is. Öz işinə, vəzifəsinə soyuq baxma, səhlənkarlıq; diqqətsizlik, qeydsizlik. Başısoyuqluq etmək (göstərmək). Başısoyuqluğu nəticəsində işini vaxtında qurtara bilmədi.
[İmamyar:] Bu hələ özü də başısoyuqluqdur. C.Cabbarlı.
Əhməd, işə başısoyuqluq göstərirsən… S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞISOYUQLUQ səhlənkarlıq — diqqətsizlik — qeydsizlik
  • BAŞISOYUQLUQ başısoyuqluq bax laqeydlik

Antonimlər (əks mənalı sözlər)

  • BAŞISOYUQLUQ BAŞISOYUQLUQ – DİQQƏTLİLİK Bu hələ özü də başısoyuqluqdur (C.Cabbarlı); Rəhbərlikdən işçilərə qayğıkeşlik, diqqətlilik tələb olunur
BAŞISOYUQ
BAŞIYEKƏ

Digər lüğətlərdə