v 1. yalan təsəvvür yaratmaq; ört-basdır etmək; gizlətmək; Her smile belied her real feelings of displeasure Təbəssümü onun əsl narazılıq hisslərini ört-basdır etdi / gizlətdi, 2. inkar etmək; zidd olmaq; His acts belie his words Onun hərəkətləri sözlərini inkar edir, Onun hərəkətləri sözləri ilə ziddiyyət təşkil edir; to ~ oneself özünü inkar etmək, özünə qarşı çıxmaq; 3. doğrultmamaq (ümidi və s.); The poor sales of the product belied our hopes Məhsulun zəif satışı bizim ümidimizi doğrultmadı; 4. əl çəkmək, uzaqlaşmaq, üz döndərmək; to ~ one’s principles öz prinsipindən əl çəkmək; to ~ one’s faith öz inamından üz döndərmək / əl çəkmək