n 1. inam, etiqad; beyond / past ~ inanılmayacaq dərəcədə, son dərəcə, fövqəladə; hard of ~ heç kəsə inanmayan / etibar etməyən, hər şeydən şübhələnən; unworthy of ~ inama layiq olmayan (şayiə və s. haq.); I haven’t much belief in his honesty Mən onun səmimiyyətinə o qədər də inanmıram; 2. məslək, əqidə, etiqad; a man of strong ~s möhkəm əqidəli / məsləkli adam; 3. inanma, etiqad etmə; ~ in God Allaha inanma / etiqad; ~ in afterlife o dünyaya inanma