Beyzavi
Bəyzavi və ya Qazı Bəyzavi (XIII əsr, Ərdəkan, Fars ostanı – 1286, Təbriz) — Azərbaycan türkü, hüquqçu, alim, tarixçi və müfəssir.
== Həyatı ==
Tam adı Abdullah ibn Ömər ibn Məhəmməd Nasıruddin əl Bəydavidir. Şiraz yaxınlarındakı Bəyda qəsəbəsində doğulmuş və yetişmişdir. Şirazda başqazı ikən müəllimi Məhəmməd ibn Məhəmməd Kəthaninin tövsiyəsiylə qazılığı buraxaraq, İslami elmlər üzərində çalışmağa başlamışdır.
Xacə Nəsirəddin Tusi öz zəmanəsində yaşamış məşhur Quran təfsirçisi Qazı Beyzavi Şafei ilə dostluq edirdi. (Qeyd etmək yerinə düşər ki, Qazı Beyzavi Nəsirəddin Tusinin "Füsuli-Nasiriyyə" kitabını şərh etmişdir). Bir dəfə camaatın gözü qarşısında Tusi Qazı Beyzavinin atının üzəngisini tutub onun ata minməsinə kömək etmişdi. Xacədən soruşdular ki, Qazıya münasibətdə bu qədər ehtiram va təvazönün səbəbi nədir? Cavab verdi: "Çoxdan istəyirdim ki, bir nəfərə qarşi belə təvazökarlıq edib qulluğunda durum. Nə qədər axtardımsa, bunun üçün Qazıdan daha layiqli şəxs tapa bilmədim.