1. Biçilmək tərzi; paltarın forması, fasonu, ülgüsü. Bu biçimdə paltar görməmişəm. Onun paltosunun biçimi çox gözəldir.
– [Kor kişinin] əlbəsəsinin tərzi, biçimi avamlığını … andırırdı.
// Şəkil, qayda, üsul, forma.
Qəhrəman kağızı əlində müxtəlif biçimdə qatlayaraq, o tərəf-bu tərəfini hamarladı.
2. Ölçü, böyüklük.
Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi.
Mən bütün uşaqlara bir biçimdə … olan konserv qutularına yanaşan kimi yanaşmamışam.
3. Bədən, boy-buxun, qədd-qamət mənasında. İnsanın biçimi.
– [Bədircahan:] Züleyxa xanım təəccüb edir, sizin məlahətinizə, şücaətinizə, … deyir, bu biçimdə mən ömrümdə adam görməmişəm.