BİHÖRMƏT

sif.zərf [ fars. bi… və ər. hürmət] Hörmətsiz.
[Səadət xanım:] Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm… Mir Cəlal.

□ Bihörmət etmək – hörmətdən salmaq, biabır etmək, alçaltmaq.
[Bədircahan bəyim:] A kişi, … bunların təqsiri nə idi ki, sən bihörmət elədin? N.Vəzirov.

Bihörmət olmaq – hörmətdən düşmək, biabır olmaq.
…Hər kim Əlyarovun bir sözünü iki eləməyə cəsarət eləsə, … ən yüngül cəzası bihörmət olub, işdən qovulmaqdır. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİHÖRMƏT bihörmət bax hörmətsiz
BİHİSS
BİHÖRMƏTÇİLİK

Digər lüğətlərdə