[Səadət xanım:] Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm…
□ Bihörmət etmək – hörmətdən salmaq, biabır etmək, alçaltmaq.
[Bədircahan bəyim:] A kişi, … bunların təqsiri nə idi ki, sən bihörmət elədin?
Bihörmət olmaq – hörmətdən düşmək, biabır olmaq.
…Hər kim Əlyarovun bir sözünü iki eləməyə cəsarət eləsə, … ən yüngül cəzası bihörmət olub, işdən qovulmaqdır.