BİLDİRMƏK

f.
1. Məlum etmək, xəbər vermək, elan etmək, xəbərdar etmək.
– Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim.

2. Anlatmaq, açıb söyləmək, başa salmaq, hiss etdirmək. Fikrini bildirmək. Adını bildirmək. O, ürəyini heç kəsə bildirən deyil.
– Kərim bəy bacının qardaş haqqındakı sözündən kövrəlsə də, bildirmədi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİLDİRMƏK BİLDİRMƏK [Pyotr Anisimoviç:] Bura gəlməyini özün bizə niyə yazıb bildirməmisən? (H.Abbaszadə); AGAH ETMƏK Zamanı eşikağası işdən agah etdi, biçarə xa
  • BİLDİRMƏK anlatmaq — öyrətmək
  • BİLDİRMƏK çatdırmaq

Etimologiya

  • BİLDİRMƏK Deyirik: -dır4 şəkilçisi təsirli feillərə artırıldıqda icbar növ düzəldir. Bil­dirmək kəlməsi bu qanuna tabe deyil
BİLDİRMƏ
BİLÉT

Digər lüğətlərdə