BİLMƏRRƏ

zərf [ ər. ] Heç, əsla, heç bir dəfə, qətiyyən, tamamilə, büsbütün.
Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə.
Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, yavaş-yavaş dodaqları tərpənirdi. Ə.Haqverdiyev.
Gecə tozlu və soyuq olduğuna görə, adamların ayağı küçə-bazardan bilmərrə çəkilmişdi. S.M.Qənizadə.

BİLMƏMƏZLİK
BİLMƏYƏRƏK

Digər lüğətlərdə