BİNİHAYƏ

sif. [ fars. bi… və ər. nihayət] Nəhayətsiz, sonsuz, hədsiz, olduqca çox.
[Mənsur:] Məni əbədilik olaraq, bəla dəryasının girdabi-binihayəsinə salıb, cavan ömrümü … məzara yerləşdirmə. C.Cabbarlı.
[Vaqif:] Xanın binihayə xəzinəsi və sursat anbarları böyük bir qoşunun öhdəsindən gələ bilər. Çəmənzəminli.

BİNƏZİR
BİNİHAYƏT