BİRLƏPƏLİ

sif. bot. Ləpəsi tək, birevcikli. Birləpəli meyvələr. Buğda, arpa birləpəli, paxla isə ikiləpəlidir. Fındıq birləpəli olur.
– Sərvkimilər fəsiləsi … saçaqlı köklərə malik birləpəli bitkilərdir. Qədirov.

BİRLƏÇƏKLİ
BİRLƏŞDİRİCİ
OBASTAN VİKİ
Birləpəli bitkilər
Birləpəlilər (lat. Monocots) — bitkilər aləminə aid bitki kladı. Birləpəlilərin 50000-ə yaxın növü, 2800-ə yaxın cinsi, 60 fəsiləsi məlumdur. Birləpəlilər müxtəlifliyinə görə gülçiçəklilərin təqribən 25%-ni təşkil edir. Birləpəlilərin ən geniş yayılmışı təqribən 20100 növü özündə cəmləşdirən səhləbkimilərdir. Sonrakı yerləri isə taxılkimilər (təqribən 10000 növ) və qumotukimilər (2800 növ) tutur. Birləpəli bitkilərin bir ləpə yarpağı olur.
Birləpəlilər

Digər lüğətlərdə