1. “Birləşmək”dən f.is.
2. is. Təşkilat, ittifaq, cəmiyyət (müxtəlif müəssisə və idarələrin adı).
3. is. hərb. Ayrı-ayrı hərbi hissələrdən və digər müstəqil qoşun vahidlərindən ibarət qrup. Tank birləşməsi.
– Silahlı qüvvələrimizin bütün birləşmə, hissə və bölmələrinin komandirləri öz hissələrinin tam ixtiyarlı rəisləridirlər. ( ).
Bununla bərabər, bu cəbhəyə külli miqdarda böyük bombardmançı və qırıcı təyyarə birləşmələri də toplanılmışdı.
4. is. Qrammatikada: bir neçə sözün birləşməsindən əmələ gələn söz qrupu; tərkib. Sifət birləşməsi. Təyini söz birləşməsi.
5. kim. Molekulu bir neçə elementin atomlarından ibarət maddə. Kimyəvi birləşmə. Üzvi birləşmə. Vitaminlər qidalı maddələrdə olan üzvi birləşmələrdir. – Süxurların möhkəmliyi onların mineraloji tərkibindən, mineralların aşınması dərəcəsindən, kristallararası birləşmə qüvvəsindən … və s.
-dən asılıdır.