Çarlz Ostin Bird
Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi.
Oksford, Kornell və Kolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.