BOZARTMA


1. is. Yağlı ətdən bişirilən sulu qovurma; bozqovurma.
[Şəhrəbanı xanım:] Nahara Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar. M.F.Axundzadə.
Gecəni qiyamət keçirirdilər.
Erkək ətin bozartması, soğan, sirkə… Mir Cəlal.

□ Çoban bozartması – ala-çiy bişirilmiş sulu qovurma.
2.Bozartmaq”dan f.is.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOZARTMA BOZARTMA (aşp., yemək növü) O, ... kəsilmiş toğlunun ətindən bozartma hazırlamaqda Pasıya kömək edirdi (S

Etimologiya

  • BOZARTMA Qızartma, bozartma sözləri rənglə bağlıdır: qızartma (su vurulmur) qır­mızıya, bozartma (suda bişir) boza çalır
BOZARTI
BOZARTMAQ
OBASTAN VİKİ
Toyuq bozartması

Digər lüğətlərdə