BUFFALO

n (pl -oes) zool. camış

BUFF
BUFFER
OBASTAN VİKİ
Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo
Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo. (Buffalo bizonlarının qorxutduğu digər Buffalo bizonları Buffalo bizonlarını qorxudur.) — qrammatik cəhətdən düzgün cümlədir və tez-tez omonimlərin vasitəsiylə mürəkkəb linqvistik konstruksiyalar yaratmaq üçün necə istifadə oluna biləcəyinə dair nümunə kimi təqdim olunur.
Buffalo
Buffalo, Baffalo (İngilis tələffüzü ilə: bʌfəloʊ) — ABŞnin şərq bölgəsində Nyu-York ştatının qərbində; Eri gölünün şərq sahillərində, Niagara çayının ağızında Fort Eirik, Ontario, Kanada şəhərinin qarşısında qurulmuş bir şəhərdir. Buffalo "Eri qraflığının" inzibati mərkəzidir. Əhalisi 259,4 min (aqlomerasiyada 1134,0 min; 2012). Kanada ilə sərhəddə, Eri gölünün ş. qurtaracağında, Niaqara çayının mənbəyində (onun sağ sahilində) yerləşir. Böyük Göllərdə mühüm liman (dəniz gəmilərini qəbul edə bilir), avtomobil və dəmir yolları qovşağı, beynəlxalq "Buffalo-Niaqara" aeroportu, metropoliten. Buffalonun yerində ilk məskən 1758 ildə Fransa kolonistləri tərəfindən salınmışdı (1759 ildə britaniyalılar onu yandırmışdılar). 19 əsrin əvvəllərində burada hollandların Yeni Amsterdam məskəni yaranmışdır; 1808 ildən Buffalo adı ilə Niaqara dairəsinin mərkəzi olmuş, 1813 ildə İngiltərə-Amerika müharibəsi (1812–14) zamanı ingilis qoşunları tərəfindən yandırılmış, sonra yenidən inşa edilmişdir. 1832 ildə şəhər statusunu almışdır. Buffalonun sürətli iqtisadi inkişafı Böyük gölləri Qudzon çayı vasitəsilə Nyu-Yorkla birləşdirən Eri kanalının (1825) tikintisi ilə başlamışdır.
Buffalo əsgərləri
Buffalo əsgərləri (ing. Buffalo soldier) - 1867 - 1896-cı illərdə Amerika Birləşmiş Ştatlarının qərbində hindilərə qarşı döyüşmüş afrikalı şəxslərə verilən ləqəb. Bu əsgərlər ağ dərili zabitlərə tabe idi. Buffalo əsgər adını qara dərililərə hindilər vermişdilər.
Vud-Buffalo Milli Parkı
Vud-Baffalo Milli Parkı — Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Vud-Baffalo Milli Parkı meşə bizonlarının yaşaması və qorunması üçün 1922-ci ildə Kanadanın Şimal-qərb və Alberta ərazisində yaradılmışdır. Sahəsi 4.480.000 ha olub Kanadanın ən böyük milli parkıdır. Hazırda milli parkda 5.000-dən çox bizon yaşayır. Bura eyni zamanda durnaların əsas yumurtlama bölgələrindən biridir. Milli parkda yerləşən, dünyanın ən böyük quru deltası olan və eyni zamanda vəhşi bizonların axınına məruz qalan Piis-Atabaska deltası bioloji müxtəliflik və əhəmiyyət baxımından WHS elan edilmişdir. Milli park 1983-cü ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir.
Vud Buffalo Milli Parkı