BULANIQ

sif. Mayelər haqqında: şəffaf, saf, təmiz, bərraq olmayan, şəffaflığını itirmiş (zibillənmək, yaxud başqa bir şey qarışmaq nəticəsində) (duru ziddi). Bulanıq su. Bulanıq benzin. Bulanıq dərman.
[Nurəddin] bulanıq su ilə islanmış halda … [çaydan] kənara çıxdı. S.S.Axundov.
Bulanıq lehməli sudan camaatın yaxası qurtaracaq, bütün evlər ağac, gül və yaşıllıq içində itəcəkdi. M.İbrahimov.

// Tutqun, pozulmuş, buludlu. Bulanıq hava.
// məc. Heç bir şey ifadə etməyən, öz təbii halını itirmiş, aydın olmayan.
Axır Mahmud əmi ağır-ağır başını qaldırıb, daşın dalından müəllimə tərəf çevirərək, bulanıq gözlərini axıtdı… B.Talıblı.
Gülsənəm qarın içində ayıldı.
Bulanıq gözləri ilə hər yana baxdı. S.Rəhimov.
Əsirlər lagerində bizi qızartdağ saçlı, bulanıq gözlü topal bir alman qarşıladı. Ə.Məmmədxanlı.

◊ Bulanıq suda balıq tutmaq – fürsətdən istifadə etmək, vəziyyətin qeyri-müəyyənliyindən, birinin çətin vəziyyətdə olmasından istifadə edərək məqsədinə çatmağa çalışmaq.

Etimologiya

  • BULANIQ Bulamaq (“qarışdırmaq” anlamında) feili ilə bağlıdır. Qarşılıq növdə bu­laş­maq kimi işlədilir. Mayeyə başqa şey (torpaq və s
BULANDIRMAQ
BULANIQLIQ
OBASTAN VİKİ
Bulanıq
Bulanıq (türk. Bulanık) — Muş ilinin ilçəsi.
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir. Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir.
Bulanıq (Qars)
Bulanıq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 97 nəfərdir (2022).
Bulanıq (dəqiqləşdirmə)
Bulanıq — Muş ilinin ilçəsi.
Billi Ayliş: Dünya biraz bulanıqdır
Billi Ayliş: Dünya bir az bulanıqdır (ing. Billie Eilish: The World's a Little Blurry) — Ar Cey Katlerin rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı sənədli film. Filmdə Billi Aylişin 2016-cı ildə "Ocean Eyes" mahnısı ilə şöhrət qazanması və onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" üzərində görülən işlərə yer verilib. Film 26 fevral 2021-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda və Apple TV+-da nümayiş olunub.
Bulanıqsu
Bulanıqsu — Qax rayonu ərazisində çay; Bulanıqsu — Ağdərə rayonu ərazisində çay.
Bulanıqçay
Bulanıqçay — Dəvəçi rayonu ərazisində çay; Bulanıqçay — Balakən rayonu ərazisində çay.
Ruh bulanıqlığı
Billi Ayliş: Dünya bir az bulanıqdır
Billi Ayliş: Dünya bir az bulanıqdır (ing. Billie Eilish: The World's a Little Blurry) — Ar Cey Katlerin rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı sənədli film. Filmdə Billi Aylişin 2016-cı ildə "Ocean Eyes" mahnısı ilə şöhrət qazanması və onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" üzərində görülən işlərə yer verilib. Film 26 fevral 2021-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda və Apple TV+-da nümayiş olunub.

Digər lüğətlərdə