Astafev burnu
Astafev burnu — Naxodka buxtasının şərq girişində, Trudnı yarımadası sahilində yerləşən burun. Burun 1859-cu ildə kəşf edilmiş və xəritəyə salınmışdır. 1860-cı ildə isə «Amerika» gəmisinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır.
Burun Naxodka şəhərinin eyni adlı mikrorayonunda, Astafev küçəsində yerləşir. Burun ərazisində Astafev bur stansiyası, Naxodka dəniz ticarət limanı, Astafev terminalı, Noxodka körfəzinə nəzarət edən radiotexniki post, 19 m hündürlüyə malik mayak, sərhəd qoşunlarına aid zastava və gəmilərin dayanacaq məntəqəsi yerləşir. Yarımadanın şərq hissəsində, açıq dənizə baxan ərazidə çimərlik vardır. Astafev stansiyası Moskvadan ən uzaqda yerləşən sərnişin stansiyasıdır. Burundan 800 m aralıda batmış gəmi vardır.
== Tarixi ==
Burun 1860-cı ildə rus hidroqrafı, «Amerika» korvetinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır.
1859-cu ildə Naxodka buxtasını ilk kəşf edənlər burada koreyalılara aid qəsəbə və kişik qayıqların yan alması üçün sal müəyyən edirlər.